Xəbər lenti

 
 
Ukrayna Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) Rusiyaya qarşı yeni iddia qaldırıb.
 
Ovqat.com-un məlumatına görə, iddia fevralın 19-da qaldırılıb.
 
Qeyd olunur ki, bu, Kiyevin Moskva əleyhinə qaldırdığı 9-cu iddiadır. 
 
 İddia AİHM-də 10691/21 nömrəsi ilə qeydiyyata alınıb.
 
Kiyev iddia ərizəsində Rusiyanı siyasi qətlləri "daimi inzibati təcrübəyə" çevirməkdə ittiham edib. İttihamnamədə iddia olunur ki, Kreml həm ölkə daxilində, həm də xaricində, o cümlədən Avropa Şurasının üzvü olan ölkələrdə opponentlərinin məqsədyönlü şəkildə qətlə yetirilməsi üzrə əməliyyatlar həyata keçirir. Üstəlik, bu qətl cinayətləri “silahlı münaqişə şəraitindən” kənarda yerinə yetirilir.
 
Ukrayna hökuməti bəyan edib ki, "Rusiyanın inzibati praktikasında bu qətl əməliyyatlarını araşdırmamaq, həmçinin məsul şəxslərin axtarışı səylərinə qarşı yönəlmiş faktları gizlədilməsi təcrübəsi də var. “Burada söhbət Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsində nəzərdə tutulan "yaşamaq hüququ"nın pozulmasından gedir”,-iddia ərizəsində belə deyilir.


Ana səhifəyə qayıt        Baxış: 3 858          Tarix: 23-02-2021, 17:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma