Xəbər lenti
 
 
 
BMT Baş Assambleyasında "Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki vəziyyətə" dair toplantı keçirilib. 
 
Ovqat.com xəbər verir ki, toplantıda bir sıra Qərb nümayəndə heyəti Rusiyanı Minsk razılaşmalarına əməl etməyə çağırılıb.
 
Ən sərt tənqid isə Almaniyanın Daimi Nümayəndəsi Kristof Heusgen tərəfindən irəli sürülüb.
 
Nümayəndə yarımadada zülmə məruz qalan Krım tatarlarının taleyindən narahatlığını dilə gətirib. "Rusiya təmsilçisindən soruşuram; niyə Rusiya müstəqil nümayəndəliklərə, müşahidəçilərə giriş təmin etmir ki, Krımdakı insan haqları ilə bağlı vəziyyəti yoxlasınlar?", - deyə diplomat soruşub.
 
Rusiyanın BMT-dəki Daimi Nümayəndəsinin müavini Dmitri Polyanski isə həmkarına xatırladıb ki, alman rəsmiləri tez-tez Krıma istirahətə gedirlər: "Krımdakı real vəziyyəti mütəmadi olaraq yarımadanı ziyarət edən Bundestaq üzvləri də daxil olmaqla soydaşlarınızdan soruşun. Niyə reallıqları qaralayırsınız?", - Polyanski belə cavab verib.
 
Onun sözlərinə görə, hər il Krımda tətil edən və sosial şəbəkələrdə müsbət rəylər yazan bir milyona yaxın ukraynalı var. "Yeri gəlmişkən, bu gün hər hansı bir işğaldan danışırıqsa, ortaq dəyərlərə və ideallara sahib, bizim üçün açıq dost olan normal Ukrayna Maydan Ukraynası tərəfindən işğal edilib. Maydan çılğınlığı və Qərb həmkarlarımızın geosiyasi düşüncələri bu ölkəni millətçilərin və anti-Rusiyaçıların şiddət mərkəzinə çevirdi", - deyə Polyansky vurğulayıb.
 


Ana səhifəyə qayıt        Baxış: 3 737          Tarix: 24-02-2021, 08:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma