Xəbər lenti
 

Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında iranlı jurnalistin terrorçularla bağlı sualına sərt reaksiya verib. 
 
Ovqat.com-un məlumatına görə, Prezident jurnalistə istənilən ittihamın arxasında inkaredilməz faktların dayanmalı olduğunu xatırladıb:
 
“Siz bunu sual formasında verə biləsiniz. Ancaq dediyinizin arxasında durmalısınız. Müharibə zamanı hər hansı terrorçu qrupların iştirakıyıla bağlı elə hesabatlar məlumatlar, dəlil, sübut yoxdur. Bu, uydurulmuş məlumatdır. 
 
Təəssüf edirəm ki, dost ölkədən olan jurnalist belə bir sual verir. Azadolunma əməliyatında heç bir terrorçu iştirak etməyib. Bunun heç bir sübutu yoxdur. Bu sadəcə olaraq Azərbaycanı ittiham etməkdir.  
 
Siz xanım olaraq dost ölkədən gəlmisiniz. Xahiş edirəm, sualınızda məsuliyyətli olasınız”.
 
Daha sonra sözügedən jurnalist sualın səhv anlaşıldığını və əslində digər terrorçu qruplar (İŞİD) haqda sual ünvanladığını bildirib.
 


Ana səhifəyə qayıt        Baxış: 4 882          Tarix: 26-02-2021, 13:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma