Xəbər lenti

 
Azərbaycanın “itiqov” əməliyyatından sonra Ermənistanın daxilində də “qovaqov” düşüb. 
 
Bir müddət əvvəl ölkənin silahlı qüvvələrinin Baş qərargah rəisinin müavinini işdən “qovan” Paşinyan buna etiraz edən rəisin özünü də bayıra atmaq üçün fərman imzalayıb təsdiqlənməsi üçün Ermənistan prezidentinə göndərmişdi. Ermənistan prezidenti Armen Sarkisyan dünən həmin qərar geri qaytardı. Baş nazirin eyni qərarı heç bir dəyişiklik etmədən təkrar Sarkisyana ünvanlaması isə ölkədə ciddi mübahisələrə yol açıb. 
 
Ovqat.com-un məlumatına görə, Paşinyan tərəfdarları artıq Ermənistan prezidentini “qovmaq” haqqında düşünürlər.
 
Hər halda ölkə parlamentində hakim komandanı təmsil edən "Mənim addımım" fraksiyasının millət vəkili Vahagn Hovakimyanın bugünkü mətbuat açıqlamasından belə anlaşılır.
 
 O, Ermənistan prezidentinin mümkün impiçmenti barədə danışaraq deyib:
 
İlk baxışdan, prezidentin Baş Qərargah rəisini vəzifəsindən kənarlaşdırmaq üçün fərmanı baş nazirə qaytarmaqla öz səlahiyyətlərindən istifadə etdiyi görünə bilər. Ancaq əslində belə deyil. Prezident sərəncam layihələrini özbaşına qaytara bilməz. Konstitusiyanın kobud şəkildə pozulması səbəbindən (maddə 141), Ermənistan prezidenti Armen Sarkissyanın işdən çıxarılması (impiçmenti) prosesinə başlamaq üçün ciddi əsasların olduğunu söyləmək mümkündür ”.
 
Qeyd edək ki, Ermənistanda prezident parlament tərəfindən seçilir. Heç bir hüququ olmayan prezidentin bəzi dövlət əhəmiyyətli məsələlərdə Baş nazirin fərmanlarını imzalamaq və ya imzalamaq səlahiyyəti var. 
 
Prezidentin parlament tərəfindən seçilməsi onun hökumət qarşısında vəziyyətini xeyli çətinləşdirir. Zira mandatı prezidentə parlament verdiyindən deputatların onu istənilən an “qovmaq” (impiçment etmək) imkanları da mövcuddur. Bu da prezidenti Baş nazirin notarial kontoruna çevirir.




Ana səhifəyə qayıt        Baxış: 5 302          Tarix: 28-02-2021, 20:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma