Xəbər lenti

 
Avropa Birliyinin (AB) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali komissarı Josep Borrell İrana “nüvə sazişini” müzakirə etmək üçün qeyri-rəsmi görüş təklif edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hatibzadə isə bu təklifi geri çevirib.
 
Ovqat.com xəbər verir ki, İran XİN-nin sözçüsü rədd cavabını bu cür əsaslandırıb: 
 
"Bütün tərəflərin nüvə sazişindəki öhdəliklərini yerinə yetirməsi danışıqların mövzusu ola bilməz. Bu istiqamətdə bütün “al-ver” danışıqları 5 il əvvəl aparılıb. Nə edilməsi lazım olduğu kifayət qədər aydındır; Amerika Birləşmiş Ştatları bütün sanksiyalarına son qoysun və nüvə razılaşmasındakı öhdəliklərinə qayıtsın. Bu iş üçün isə nə danışıqlara ehtiyac var, nə də Beynəlxalq Atom Enerji Agentliyi (MAQATE) İdarə Heyətinin tövsiyyələrinə".
 
Məlum olduğu kimi, bütün gözləntilərin əksinə olaraq ABŞ-ın yeni prezidenti Cozef Bayden özündən əvvəlki Tramp hakimiyyətinin İranla bağlı siyasətindən vaz keçməyib və təzyiqlərini davam etdirir. İran rəsmisi də bu faktı əsas gətirərək deyib:
 
"İran hərəkətə hərəkətlə cavab verəcək. Sanksiyalar ləğv olunarsa, İran da öhdəliklərinə geri qayıdacaq. Düşməncəsinə addımlara da eyni şəkildə cavab verəcək. İran Borrell və sazişə imza atan digər ölkələrlə ikitərəfli və çoxtərəfli məsləhətləşmələrini davam etdirəcək".
 


Ana səhifəyə qayıt        Baxış: 5 094          Tarix: 1-03-2021, 09:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma