Xəbər lenti

 
Ermənilərin “erməniliyi” öz başlarında çatlayır

Ermənistan müxalifəti ölkənin parlament binasına gedən bütün yolları bağlayıb.
 
Ovqat.com-un məlumatına görə, etirazçılar həm Baqramyan prospektindən, həm də Dəmirçyan küçəsindən Milli Məclisə girişlərini bağlayıblar. 
 
Onların həmin keçid nöqtələrində əlavə çadırlar qurduqları xəbər verilir.
 
Müxaliflər Paşinyanın əvvəl istefasını, sonra seçkilərə keçirməsini tələb edirlər. Onların fikrincə, hazırda erməni ictimaiyyətinin əksəriyyəti Paşinyanın tərəfindədir və Baş nazir bundan istifadə edərək erkən seçkilərə getmək fikrindədir. Baş nazir istefa verərsə, xalq heç bir təsir altında qalmadan öz mövqeyini və seçimini obyektiv şəkildə ortaya qoyacaq.
 
Müxaliflər Paşinyana istefası üçün saat 12-yə qədər vaxt veriblər.
 
Qeyd edək ki, Ermənistanın bəzi xəbər portalları Nikol Paşinyanın bu il ölkədə növbədənkənar parlament seçkisinin keçirilməsinə hazırlaşdığını xəbər vermişdilər. Məlumata görə, Paşinyan növbədənkənar seçkilərin detallarını müzakirə etmək üçün müxalifətçilərlə görüşməyə hazır olduğunu da bəyan edib və rəqiblərinə “bu meydan, bu şeytan, gəlin, qüvvələrimizi meydanda sınayaq” mesajı göndərib.
 


Ana səhifəyə qayıt        Baxış: 5 181          Tarix: 10-03-2021, 08:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma