Xəbər lenti

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan general-leytenant Artak Davtyanı Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin olunması təklifi ilə prezident Armen Sarkisyana müraciət edib. 

Bunu hökumət başçısının mətbuat katibi Mane Gevorkyan bildirib.

Qasparyanın xəyanətilə üzləşən Paşinyan niyə məhz Davtyanı seçib? 64 yaşlı Artak Davtyan kimdir?
1990-ci ildə orta məktəbi bitirən Davtyan, daha sonra Moskva Ali Hərbi Məktəbinin komanda taktiki şöbəsinə daxil olub. 1995-1998-ci illərdə Davtyan Rusiya Federasiyası Müdafiə Nazirliyinin Frunze adına Hərbi Akademiyasında təhsil alıb və buranı fərqlənmə ilə bitirib.

1998-2005-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin müxtəlif hərbi birləşmələrində vəzifələr tutub. 2005-2006-cı illərdə Rusiya Federasiyası Baş Qərargahının Hərbi Akademiyasında təhsil alıb. O, Hərbi Akademiyanı fərqlənmə ilə bitirib.
2006-ci ildə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında operativ idarənin rəis müavini təyin edilib. 2007-ci ildə isə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında operativ idarənin rəisi olub.

2010-cu ilin yanvarın 25-də isə Artak Davtyana general-mayor rütbəsi verilib. 2017-ci il sentyabrın 28-də Ermənistan Silahlı Qüvvələrinin Beşinci Ordu Korpusunun rəhbəri təyin edilib

Xatırladaq ki, Davtyan 2018-2020-ci illərdə Silahlı Qüvvələrin Baş Qərargahının rəisi olub. O, koronavirusla bağlı tətbiq edilən fövqəladə vəziyyət rejimində – 2020-ci il iyunun 7-də oğluna toy edib. Ölkədə fövqəladə vəziyyət olmasına baxmayaraq, təşkil olunan toy mərasimində 100-dən çox qonaq iştirak etmişdi. Koronavirus pandemiyasına görə ağır vəziyyətlə üzləşən ölkədə Baş Qərargah rəisinin bu addımı ictimaiyyətdə rezonans doğurmuşdu. Onun Baş Qərargah rəisi vəzifəsindən istefa verməsi də bu etirazlarla bağlanırdı.

Güntəkin
AzPolitika.info



Ana səhifəyə qayıt        Baxış: 2 761          Tarix: 10-03-2021, 20:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma