Xəbər lenti
Bu gün, 18:09
Bu gün, 17:21
Bu gün, 13:41
Bu gün, 12:35
Bu gün, 11:21
Dünən, 23:24
Dünən, 22:14
Dünən, 21:42
Dünən, 19:32
Dünən, 17:30
Dünən, 16:41
“Əsirlikdə mənimlə az-çox yaxşı davranırdılar, amma çox yaxşı davrandıqlarını da söyləyə bilməyəcəyəm".
Ovqat.com xəbər verir ki, Şuşada Azərbaycan əsgərlərinə əsir düşən, daha sonra isə Rusiyanın vasitəçiliyi ilə azadlığa buraxılan Livan ermənisi Maral Nacaryan Ermənistanın “Şant” telekanalına müsahibəsində belə deyib.
O, müsahibəsində necə əsir düşməsinə də aydınlıq gətirərək bildirib ki, 2020 - ci ilin avqustunda Beyrut limanında baş vermiş partlayışdan sonra əri və qohumları ilə birlikdə Ermənistana köçüb. Daha sonra isə Şuşaya yerləşiblər. Noyabrın 10-da guya şəxsi əşyalarını götürmək üçün Laçından keçərək Şuşaya gələndə əri ilə bərabər azərbaycanlılara əsir düşüb.
"Şuşaya çatar-çatmaz əsgərlər bizi mühasirəyə aldılar, soruşdular ki, siz haradansınız. Biz cavab verdik ki, Yerevandan gəlirik. Səbəbini soruşdular, dedik ki, Vigenin əşyaları Şuşadakı bir oteldə qalıb, onları götürməliyik. Telefonlarımızı, pasportlarımızı, hətta avtomobilin açarlarını aldılar, bizi saxladılar, dedilər: “yoxlamalıyıq, əgər həqiqətən probleminiz olmasa sizi İrəvana göndərəcəyik”.
Telefonu yoxlama zamanı Maralın könüllü hərbçi geyimli əri ilə birgə şəkilləri üzə çıxıb: “Azərbaycan əsgərləri bizə “terrorçusunuz, sizi buraxa bilmərik”, - dedilər”.
Daha sonra erməni əsirlərini maşına mindirən əsgərlərimiz onları Bakıya gətirib. “Vigenin gözlərini bağlamışdılar, mənim gözlərim isə açıq idi. O anda çox qorxdum, sağ qalacağımıza ümid etmirdim. Bizi diri-diri yandıracaqlarını düşünürdüm. Ancaq dua etdi, dedim ki, Tanrı mənə güc və dözüm qabiliyyəti versin”, - söyləyən Maral gözləmədiyi şəkildə Azərbaycan əsgərlərinin humanist davranışı ilə qarşılaşıb. Bununla belə, “amma çox yaxşı davrandılar da deyə bilməyəcəyəm”, - fikirləri ilə nankor erməni xislətindən də vaz keçməyib. Sanki əsgərlərimiz terrorçu olduqları şübhə doğurmayan erməni cütünə möhtərəm qonaq kimi qulluq etməli imişlər.
Qeyd edək ki, Maral Nacaryanın təkcə əri yox, özü də snayperçi olmaqda şübhəli bilinərək əsir götürülüb. Sorğu zamanı bu günahını etiraf edib-etmədiyi isə bilinmir. Amma azadlığa buraxıldıqdan sonra erməni mediasına verdiyi açıqlamada dilə gətirdiyi bir məqam - “diri-diri yandırılacağından” çəkinməsi onun suçluluq psixologiyası altında əzildiyindən xəbər verir. Mümkündür ki, bu xof istintaqçılarımızın Maral barəsində ortaya çıxardığı həqiqətlərdən qaynaqlansın.
Erməni mediasının yazdığına görə, erməni “maralı”nın azadlığa buraxılması rəsmi Moskvanın, xüsusilə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun vasitəçiliyi ilə baş tutub.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar