Xəbər lenti
Ermənistanda daxili siyasi gərginliyin artdığı vaxtda yeni partiya yaradılıb.
İddialı şəkildə ortaya atılan bu siyasi təşkilatın qurucusu Sünikin (Zəngəzur-red.) keçmiş qubernatoru Vahe Akobyandır.

O qeyd edib ki, rəhbərlik etdiyi partiya "Sasna Tsrer" istisna olmaqla siyasi sahədə bütün sağlam qüvvələrlə əməkdaşlıq etməyə hazırdır.
Partiya sədri bu barədə mətbuat konfransında bəyan edib: "Baxmayaraq ki, Nikola qarşı mübarizə aparmaq istəyirlər, onlar bizim üçün qırmızı xətt sayılırlar. Mənim üçün onlar terrorçudurlar".

Azvision.az xatırladır ki, 2016-cı ildə "Sasna Tsrer" adlı qruplaşmanın üzvlərindən ibarət silahlı şəxslər Yerevanın Erebuni rayonunda post-patrul xidməti alayının binasını ələ keçirmişdi. Onlar qanunsuz yolla silah əldə etməkdə və saxlamaqda ittiham edilən müxalifət lideri Jirayr Sefilyanın həbsdən azad olunmasını tələb ediblər.

Qruplaşma üzvləri əvvəlcə binada olan hüquq-mühafizə orqanlarının əməkdaşlarını, sonra danışıqlar üçün hadisə yerinə gələn Ermənistan polis rəisinin müavini Vartan Yegiazaryan və Yerevan polisinin rəis müavini Valeri Osipyanı girov götürmüşdülər.

Həmin hadisələr nəticəsində üç nəfər ölmüş, bir neçə nəfər, o cümlədən təcili yardım xidmətinin həkimləri uzun müddət girov saxlanılmışdılar.



Ana səhifəyə qayıt        Baxış: 4 622          Tarix: 20-03-2021, 20:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma