Xəbər lenti

 
Rusiyanın "Admiral Essen" frekat fırtınası Qara dənizdəki NATO gəmilərinin yanında raket atışını sınaqdan keçirib.
 
Ovqat.com rus mediasına istinadən xəbər verir ki, “Dəniz qalxanı-2021” təlimlərinə qatılan NATO gəmilərinin yanında keçilən bu sınaq zamanı "Admiral Essen" freqatı yerüstü hədəfləri qanadlı raketlərlə vurub. 
 
“Sınağın” Qara dənizin hansı bölgəsində həyata keçirildiyi barədə məlumat verilmir. Hədəflərin hansı məsafədə yerləşdiyi də bildirilmir.
 
Qeyd edək ki, NATO-nun Qara dənizdə keçirdiyi “Dəniz qalxanı – 2021” təlimləri martın 19-da başlayıb və ayın 29-na qədər davam edəcək. Təlimlərdə 8 NATO ölkəsinin (ABŞ, Bolqarıstan, Hollandiya, Yunanıstan, İspaniya, Rumıniya, Türkiyə və Polşa) 18 hərbi gəmisi və 10 qırıcı təyyarəsinin iştirak edir: dənizdə esminlər, korvetlər və frekatlar, havada NATO-nun təyyarədaşıyan gəmilərində yerləşdirilmiş “F-16 Fighting Falcon”, Rumıniyaya məxsus  “MiG-21”-lər və İspaniyaya məxsus “Eurofighter Tayfun” təyyarələri
 
Təlimlərin Krım yarımadasının yaxınlığında və Rusiya sərhədlərinə 200 km uzaqlıqda keçirilməsi Moskva tərəfindən ciddi əndişə ilə qarşılanır. Son zamanlar Qara dənizdə keçirilən ən genişmiqyaslı təlim olması bu narahatlığı artırır. Təsadüfi deyil ki, Rusiya bu təlimlər zamanı NATO-ya bir neçə dəfə ilişib. Əvvəl 6 sualtı qayığını eyni anda Qara dəniz sularına göndərən Rusiya indi də NATO gəmilərinin yanında raketlərini sınaqdan çıxarır. Nəzərə alsaq ki, təlimlərin bitməsinə hələ 1 həftə qalır, Rusiyanın bu cür reaksiyaları ciddi qarşıdurmalara yol aça bilər.
 
 
 


Ana səhifəyə qayıt        Baxış: 5 533          Tarix: 22-03-2021, 23:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma