Xəbər lenti
Bu gün, 21:35
Bu gün, 19:25
Bu gün, 18:10
Bu gün, 15:33
Bu gün, 13:13
Bu gün, 11:35
Bu gün, 11:00
Bu gün, 09:44
Dünən, 23:50
Dünən, 22:30
Dünən, 21:22
Dünən, 19:19
Dünən, 18:32
Dünən, 14:59
Dünən, 13:21
Dünən, 12:20
Dünən, 10:38
Qara dənizdə Rusiya-NATO gərginliyinin artması, müharibə təhlükəsinin yaranması təkcə Ukraynanı deyil, Türk hərbçilərinin də ciddi narahatlığına səbəb olub. Xüsusilə, son zamanlar tez-tez gündəmə gətirilən Türkiyənin Montrö Konvensiyasının çıxması və Bosfor boğazının Rusiyanın üzünə bağlanması ilə əlaqədar təkliflər qardaş ölkənin Hərbi Dəniz Qüvvələrinin sabiq admirallarını ortaq bəyanat verməyə vadar edib.
Ovqat.com xəbər verir ki, bəyanatı imzalayan 103 sabiq admiral Montrö Konvensiyasının “Türkiyənin diplomatik zəfəri” adlandırıb və ondan imtina etməyin ölkəni yeni müharibəyə sürükləyəcəyinə dair narahatlıqlarını səsləndiriblər.
“Türk boğazları”nın dünyanın ən əhəmiyyətli su yollarından biri olduğunu və tarix boyu çoxmillətli müqavilələrlə idarə edildiyini xatırladan sabiq admiralların fikrincə, Montrö Konvesiyası Türkiyənin hüquqlarını ideal şəkildə qoruyan sənəddir və “yalnız Türk boğazlarından İstanbula, Çanaqqalaya, Marmara dənizinə keçidi və boğaz üzərindəki tam suverenliyi bərpa etməklə qalmır, həmçinin Lozanna Sülh Müqaviləsini tamamlayır: “Montrö Konvensiyası Qara dəniz sahilində yerləşən ölkələrin təhlükəsizliyinin təməl sənədidir və Qara dənizi sülh dənizinə çevirən müqavilədir”- bəyanatda vurğulanır.
Sənəddə o da qeyd olunur ki, Montrö Konvensiyası Türkiyəni hər hansı bir müharibədə tərəflərdən birinə istənmədən çevrilməsini önləyən bir müqavilədir və bu tərəfsizlik qorunmalıdır: “Montrö, Türkiyənin II. Dünya müharibəsi zamanı bitərəfliyini qorumasına imkan verdi. Bu və buna bənzər səbəblərə görə Türkiyənin mövcudiyyətində (bekasında) əhəmiyyətli yer tutan Montrö Konvensiyasının müzakirə mövzusuna / masaya çıxarılmasına yol aça biləcək hər cür ritorikadan və hərəkətdən qaçınılmasının vacibliyini düşünürük”.
Son illərdə TSQ-nin və özəlliklə də Hərbi Dəniz Qüvvələrinin qəsdən FETÖ hücumlarına məruz qaldığı və dəyərli hərbi kadrların xain təxribatlara qurban getdiyinin xatırladıldığı bəyanatda bu hadisələrdən ibrət dərsi çıxarılması təklif olunur: “Bu hadisələrdən öyrəniləcək ən vacib dərs; TSQ-nin konstitusiyanın dəyişdirilə bilməyəcəyi və dəyişdirilməsinin təklif edilə bilməyəcəyi təməl dəyərlərini diqqətdə saxlanılmasıdır. Bu səbəblərdən də TSQ və Dəniz Qüvvələrimizi bu dəyərlərdən kənarlaşdırmaq və Atatürkün cızdığı çağdaş yoldan uzaqlaşdırma cəhdlərini qınayırıq və bütün varlığımızla qarşı çıxırıq. Əks təqdirdə, tarixin nümunəsi olan Türkiyə Cümhuriyyəti tarixdə örnəkləri olan böhranlı və həyati risklər və təhdidlərlə qarşılaşa bilər”.
Sabiq admiralların fikrincə, Türk Millətinin möhtəşəm bir keçmişə sahib, “Ana və Mavi Vətənin qoruyucusu” olan Dəniz Qüvvələri Komandanlığının heyətini Atatürkün prinsip və inqilablarına uyğun şəkildə yetişdirmək vacibdir: “Ölkəmizin hər yerində dənizdə, quruda, havada, daxili təhlükəsizlik zonasında və sərhəd xaricində fədakarlıqla xidmət göstərən, Mavi Vətəndəki haqq və mənfəətlərmizin qorunması üçün Atatürkün göstərdiyi yolda canla-başla çalışan cəfakeş Türk dənizçilərimizin yanındayıq.
Dəniz Şəhidlərimizi anır və hörmətlə yad edirik. "
Sabiq admiralların bu bəyanatına Türkiyə rəsmilərinin cavabı özünü çox gözlətməyib. Türkiyə parlamentinin rəhbəri Mustafa Şentop öz Tvitter paylaşımı bu bəyanatını çevrilişə çağırış cəhdi kimi qiymətləndirib və Türkiyədə təkcə çevrilişçilərin deyil, onları dəstəkləyənlərin də “torpağa gömüldüyünü” xatırladıb.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər