Xəbər lenti

 
 
2017-ci ildə Tbilisidə göz altına alınaraq Azərbaycana gətirilən və 6 il müddətinə həbsə atılan jurnalist Əfqan Muxtarlı Gürcüstana qayıdıb.
 
Ovqat.com xəbər verir ki,  jurnalist istintaqla əməkdaşlıq etmək üçün bu addımı atıb.
 
Bildirildiyinə görə, Əfqan Muxtarlı 2020-ci ilin oktyabrında Almaniyadan Gürcüstana gəlmək istəyib, amma Gürcüstan konsulluğu sənədlərində çatışmazlıq olduğu üçün ona sərhədi keçməyə icazə verməyib.
 
Əfqan Muxtarlı 2017-ci il mayın 29-da günün günorta çağı Tbilisinin mərkəzində qanunsuz şəkildə göz altına alınıb. O, Azərbaycan hökumətinə qarşı kəskin tənqidlərinə görə hakimiyyət tərəfindən təqib olunduğu üçün ailəsi ilə birlikdə 2014-cü ildə Gürcüstana köçmüşdü.
 
Tbilisidə göz altına alındıqdan bir gün sonra - mayın 30-da Muxtarlının səsi Azərbaycan həbsxanalarından gəlib. Onu sərhədi qanunsuz keçməkdə, qaçaqmalçılıqda və hakimiyyətə tabe olmamaqda ittiham edərək azadlıqdan məhrum ediblər.
 
Üç il həbsdə yatdıqdan sonra 2020-ci il martın 17-də Muxtarlı gözlənilmədən azad edilib və xüsusi reyslə Almaniyaya göndərilib. 
 
Muxtarlının qalmaqallı həbsindən artıq dörd il keçib, amma hadisə hələ də Gürcüstanda araşdırılmayıb. Gürcüstan prokurorluğu Muxtarlının qalmaqallı həbsi ilə əlaqədar Cinayət Məcəlləsinin 143-cü maddəsinin 1-ci hissəsi (azadlıqdan qanunsuz məhrumetmə) ilə cinayət işi açıb.
 


Ana səhifəyə qayıt        Baxış: 5 279          Tarix: 8-04-2021, 06:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma