Xəbər lenti

 
"Luqansk vilayətinin sakinləri Polşa hərbçilərinin Donbassa gəldiyini xəbər verir".
 
Ovqat.com xəbər verir ki, separatçıları dəstəkləyən "Wargonzo" teleqram səhifəsi bu məlumatı yayıb. 
 
"Yerli əhali dəmiryol eşelonlarının texnika ilə sərhəd stansiyasına gəldiyini müşahidə edir. Orada qatarlardan texnikalar boşaldılır və “LXR”-nın Zolotoye rayonu və digər yaşayış məntəqələri ilə təmas xəttinə çıxarılır", — deyə teleqram kanalı bildirib.
 
İddia olunur ki, Polşa hərbçiləri yeni zirehli texnika ilə gəlib.
 
Qeyd edək ki, Polşa bu məsələdə Ukraynanı ən ciddi dəstəkləyən ölkədir. Mütəxəssislərin fikrincə, bu da səbəbsiz deyil. Varşava rus təhlükəsini öz sərhədlərindən uzaqlaşdırmaq üçün Ukraynanın NATO “ailəsi”nə daxil olmasını və nəticə etibarilə özü ilə Rusiya arasında buffer zona yaranmasını istəyir.

Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 5 164          Tarix: 13-04-2021, 20:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma