Xəbər lenti
27-11-2024, 19:25

Armen Sarkisyan: "Ermənistan Azərbaycanla münasibətlərin inkişafına ehtiyac duyur"

Ermənistan həm Gürcüstanla, həm də Azərbaycanla siyasi, diplomatik, iqtisadi münasibətlərin inkişafına ehtiyac duyur. Bunu Ermənistan prezidenti Armen Sarkisyan Gürcüstana səfəri zamanı deyib.

O bildirib ki, hazırda dalanda olan Ermənistan nəqliyyat yollarının açılmasında maraqlıdır: "Amma bəzi çətinliklər mövcuddur. Yolların açılmasından əvvəl çoxlu addımlar atılmalıdır. Amma Ermənistanın həm Gürcüstanla, həm də Azərbaycanla daha fəal siyasi, diplomatik, iqtisadi münasibətlərin inkişafına ehtiyacı olduğu faktdır".
virtualaz.org



Ana səhifəyə qayıt        Baxış: 3 080          Tarix: 16-04-2021, 19:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma