Xəbər lenti
Bu gün, 17:44
Bu gün, 16:15
Bu gün, 13:17
Bu gün, 12:57
Bu gün, 11:22
Bu gün, 10:44
Bu gün, 10:00
Dünən, 17:54
Dünən, 16:27
Dünən, 16:00
Dünən, 13:44
Dünən, 11:43
3-02-2025, 23:43
3-02-2025, 22:59
3-02-2025, 21:48
3-02-2025, 18:25
“Biz Talibanın İslam əmirliyini yenidən qurma planının olduğunu bilirik. Ancaq bu plan praktik deyil və bu barədə yekdil fikir birliyi yoxdur. Bunun üçün də İran və bölgə ölkələri, Əfqanıstanın 90-cı illərə qayıtmasına icazə verməyəcək".
Ovqat.com xəbər verir ki, açıq təhdidə bənzəyən bu fikirləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif dilə gətirib.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, M.C.Zərif Hindistanlı həmkarı Subrahmanyam Jayşankar və bu ölkənin Milli Təhlükəsizlik müşaviri Həmdullah Muhibin qatıldığı onlayn görüşdə çıxış edərək Əfqanıstandakı sülh danışıqlarını və ABŞ əsgərlərinin həmin ölkədən çıxarılması qərarını "müsbət addım" kimi qiymətləndirib.
"Taliban bu fürsətdən şiddəti artırmaq üçün istifadə etməməlidir. O, vaxt itirmədən Əfqanıstan hökuməti ilə ciddi danışıqlara başlamalıdır," – deyə İranın Xarici İşlər naziri ölkəsinin mövqeyini ortaya qoyub.
Xatırladaq ki, uzun aylardan bəri Taliban heyəti ilə ABŞ diplomatları arasında danışıqlar başlamışdı. Müzakirələrin əsas mövzusu bu ölkədə hakimiyyət quruculuğu işini əfqanların özünə buraxılması və ABŞ əsgərlərinin Əfqanıstan çıxarılması idi. 2020-ci ilin 29 fevral tarixində əldə edilən razılığa əsasən, ABŞ öz əsgərlərini 14 ay ərzində, yəni bu ilin aprel ayının sonlarına qədər geri çəkməliydi. Fəqət daha sonra ABŞ geri çəkilmə planını bir neçə aylığa təxirə saldı, bu da Taliban və başda Rusiya olmaqla bəzi dünya ölkələri tərəfindən təpki ilə qarşılandı.
Ən maraqlısı odur ki, ABŞ-ın açıqladığı yeni geri çəkilmə təqvimi sentyabrın 11-ə təsadüf edir. Hansı ki, 2001-ci ilin 11 sentyabrında ABŞ-ın Nyu-York şəhərində yerləşən Dünya Ticarət Mərkəzinin iki ekiz qülləsi təyyarəli terror hücumuna məruz qalmış, 3000 insan həyatını itirmişdi. Bu terror aktının arxasında əl-Qaidənin dayandığı iddiasını irəli sürən ABŞ təxminən 1 aydan sonra – 7 oktyabrda Əfqanıstanı ələ keçirmiş və əl-Qaidəni müdafiə edən Taliban hökumətini devirmişdi. Pentaqonun 20 ildən sonra məhz bütün hadisələrin səbəb olduğu eyni gündə öz qoşunlarını Əfqanıstandan çəkməyi planlaşdırması ilk baxışdan taleyin ironiyasına bənzəyir. Dərinliyə nəzər salanda isə sanki ABŞ-ın qəsdən Talibana zəfər əhval-ruhiyyəsi yaşatmaq üçün məhz bu gün seçdiyi təsəvvürü yaranır.
İranın Talibanın yenidən hakimiyyətə gətirilməsinə sərt reaksiyası bu mənada başa düşüləndir. Əfqanıstan işğal olunan gündən indiyədək bu ölkəni idarə edən koalisiya hökumətində İrana yaxın qüvvələr də yer alırdı. Əfqanıstanda hazırda da ən ciddi hərbi qüvvə olmaq özəlliyini qoruyan Talibanın ABŞ əsgərlərinin ölkəni tərk etdikdən sonra rahatlıqla hakimiyyəti götürəcəyi, dolayısıyla indiki koalisiya hökumətinin dağılacağı və onun subyektlərinin müxalifətçiliyə başlayacağı şübhə doğurmur. Əfqanıstan siyasi reallığında isə müxaliflik hərbi hesablaşmalara qoşulmaq deməkdir. Yenidən qurulması planlaşdırılan Taliban hökumətində ən çox itirələrin isə şiələr olacağı da aydındır. Bu hesaba bir də Talibanın əsasən Pakistana bağlı olduğunu və İrana qarşı olan körfəz ölkələri tərəfindən də dəstəkləndiyini qatanda bu nəticə ortaya çıxır: müsəlmanların yeni “hərbi poliqonunda” məzhəb müharibələrindən qaçmaq mümkün olmayacaq.
Tehranın narahatlığını artıran digər bir xüsus ABŞ-ın bu siyasətinin İranın Orta və Cənubi Asiya ölkələrinə açılma strategiyasının qarşısını almaq üçün planlaşdırdığı təhlükəsindən qaynaqlanır, zənnimizcə, əsassız da deyil. Nədən ki, bu regionda şiələr müsəlman əhalinin az qismini təşkil edir. Məsələn, Orta Asiya ölkələrində onların sayı əhalinin 5-8%-i arasında dəyişilir. Əfqanıstanda və Pakistanda isə bu göstərici 20% civarındadır.
Bununla belə, sözügedən azlığı əhəmiyyətsiz qüvvə adlandırmaq da olmaz. İran azlıq nümayəndələrindən həmin ölkələrdə stabilliyi təhdid edə biləcək hərbi qruplaşmalar formalaşdıra bilib. Məsələn, əfqan şiələrindən ibarət Fatimiyyun batalyonu yaradıb. Fatimiyyun batalyonunda nə qədər əsgərin yer aldığı bilinmir. Amma bilinən odur ki, bu batalyona mənsub olan əfqan döyüşçüləri Suriyada minlərlə itki veriblər. Əfqanıstan Millət vəkili Belkıs Rövşənin iddiasına inansaq, SEPAH-ın Qüds korpusunun komandanı mərhum general “Süleymaninin rəhbərliyi altında Suriyadakı Fatimiyyun briqadası adlı təşkilatın çətiri altında ən az 5000 əfqan gənci öldürülüb, 1200 döyüşçü isə itkin düşüb”. Zənnimizcə, bu iddia doğrudursa, Fatimiyyun batalyonunun əsgər sayı 10 minləri keçir.
Pakistan əhalisinin bəzi məlumatlara görə, 10-15%, bəzi məlumatlara görə isə, 20%-i şiədir. Bu şiələr üzərindən də İranın güclü təsiri var və Tehran onları silahlandırır. Məlumatlara görə, SEPAH-ın Pakistan şiələrindən formalaşdırılan Zeynebiyyun batalyonunda 2000-5000 arasında əsgər hərbi xidmət göstərir. Sayılarının azlığına baxmayaraq, bu hərbçilər əsasən “hücumçu”, “vurucu güc” olaraq təlim keçirlər. Müşahidəçilərin fikrincə, gələcəkdə Zeynəbiyyun batalyonu Pakistan üçün ciddi təhdidə çevrilə və məzhəb müharibələri qızışdıqca, sıralarını da arta bilər.
İddialara görə, ABŞ-ın Orta və Cənubi Asiyanı yeni məzhəb müharibələrinin poliqonuna çevirməsinin başlıca məqsədlərindən biri Çinin yeni “İpək yolu” (Bir Kəmər, Bir Yol) layihəsinin keçəcəyi marşrut üzərində güvənsiz bölgələr və atəş xətti yaratmaq, bununla da onun iqtisadi cəhətdən böyüməsinin qarşısını almaqdır.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər