Xəbər lenti
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
İran Fars körfəzindən hasil etdiyi neftinin qaz kəməri vasitəsilə Avropaya nəqlini planlaşdırır.
Ovqat.com-un məlumatına görə, çəkilməsi planlaşdırılan boru kəməri Ermənistan və Gürcüstanın üzərindən keçərək Bolqarıstana və Avropanın digər cənub ölkələrinə uzana bilər.
Ermənistanla Bolqarıstanın artıq bu nəqliyyat dəhlizinə müsbət cavab verdiyi bildirilir.
Qeyd edək ki, 2014-cü ildə Ukrayna ilə Rusiya arasında ziddiyyətlər yarananda rəsmi Moskva bu ölkə üzərindən Avropaya nəql olunan boru xəttinin fəaliyyətini dayandırmaq niyyətilə alternativlər axtarmağa başladı. İlk alternativ kimi isə Bolqarıstan üzərində Avropaya neft nəqli nəzərdə tutulurdu. Rəsmi Sofiya bu plana razılıq versə də, Avropa Birliyinin təzyiqləri ilə bağladığı sazişdən imtina etməli oldu. Moskva isə bundan sonra ümidini Ankaraya bağlayıb “Türk axını” adlanan boru kəməri inşasına start verdi.
Ötən ilin ilk aylarında ABŞ Dövlət Departamentinin sədri Mayk Pompeonun Avropa ölkələrini imtina etməyə çağırdığı layihələrdən biri də “Türk axını” idi. Vaşinqton açıq şəkildə alternativ kəmərlərdən biri kimi TANAP-TAP layihələrinə yönəlməyi məsləhət görürdü.
ABŞ-ın bu istəyindən əvvəl də Türkiyə Rusiyadan aldığı qazı yarıbayarıya endirmiş və Azərbaycanın mavi yanacağına üstünlük vermişdi. Digər Avropa dövlətləri isə istər-istəməz yeni alternativlər arayışına başlamışdılar. Çünki Azərbaycandan TANAP layihəsi ilə Türkiyəyə, ordan isə TAP-la Avropanın cənubuna nəql olunan qaz yetərli səviyyədə deyil və həcm baxımından rus qazını əvəz bilməz. Belə ki, TAP layihəsi ilə Avropaya ən yaxşı halda ildə 10 milyard bub metr qaz nəqli mümkündür. “Türk axını”nın illik həcmi isə 31 milyard kub metrə bərabərdir. Onun yarısının Türkiyəyə, digər yarısının isə Avropaya nəqli nəzərdə tutulurdu. Sözsüz ki, Azərbaycanın illik 10 milyard kub metr həcmindəki qazı Cənubi Avropanın enerji ehtiyacı ödəmirdi.
Belə bir zamanda İranın Bolqarıstan üzərindən Rusiyanın “Cənubi axını” layihəsi ilə eyni istiqamətə qaz nəqli üzərində çalışması Avropa qapısının Moskvanın üzünə bağlanmasına səy göstərmək anlamına gəlir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar