Xəbər lenti


Ermənistanda 2018-ci ildəki hakimiyyət dəyişiklikləri üçün texnologiyalar digər ölkələrdə də istifadə edilib.

Axar.az xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Serj Sərkisyan deyib.

“Çoxları deyir ki, bu inqilabı sorosçular təşkil edib, amma belə deyil. Bəli, onlar kömək ediblər.

İnqilab adlanan şeyə resurslara, texnologiyalara sahib olan daha böyük güclər kömək ediblər. Bu texnologiyalar təkcə Ermənistanda yox, digər ölkələrdə də istifadə edilib.

Bizim Sorosun nümayəndələri ilə fikir ayrılığımız vardı. Məncə, onlar Ermənistana böyük təhdid kəsb etmirdilər.

Belə ki, hakimiyyətin qərar qəbuluna təsir edə bilmirdilər. Hakimiyyət dəyişikliyindən sonra onlar parlamentə girdilər”, – deyə o bildirib.



Ana səhifəyə qayıt        Baxış: 3 196          Tarix: 1-05-2021, 17:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma