Xəbər lenti


Ermənistanda növbədənkənar parlament seçkisi yaxınlaşdıqca, daxili siyasi mübarizə daha da qızışır. Xeyli vaxtdır müxalif siyasi qüvvələrin tənqid, təhdid və təhqirlərinə məruz qalan Nikol Paşinyan artıq müdafiə mövqeyini tərk edərək, hücuma keçməyə başlayıb.

“AzPolitika.info” xəbər verir ki, ötən gün Ermənistan parlamentindəki çıxışında Baş nazir səlahiyyətlərini icra edən Paşinyan sabiq prezidentlər Robert Koçaryan və Serj Sarqsyanı sərt şəkildə tənqid və ittiham edib: “Robert Koçaryan və Serj Sarqsyan, siz vətən xainisiniz! Biz sizin xainliyinizlə mübarizə aparmışıq. Siz hətta müharibə dövründə də xəyanətinizi davam etdirmisiniz...”

N.Paşinyan çıxışında deyib ki, ondan əvvəlki prezidentlər ermənilərə genetik səviyyədə müharibə qorxusu aşılayıblar. Sarqsyanın “pis danışıqlar həmişə yaxşı müharibədən daha yaxşıdır” ifadəsini xatırladan Paşinyan bunu müharibədən qorxmağın göstəricisi hesab etdiyini bildirib.

Paşinyan həmçinin Koçaryanı 1998-ci ildə “Dağlıq Qarabağı danışıqlar prosesindən kənara atmaqda” günahlandırıb. O, bir daha qeyd edib ki, məhz ondan əvvəlki rəhbərlik Qarabağ danışıqlarının dalana dirənməsinə səbəb olaraq, Azərbaycanla müharibəni qaçılmaz edib.

Göründüyü kimi, artıq Baş nazir səviyyəsində ermənilərin genetik qorxaqlığı və son müharibədəki fərariliyi etiraf olunur. Bunun günahını isə paşinyanlar, koçaryanlar, sarqsyanlar və s. bir-birilərinin üzərinə atırlar.



Ana səhifəyə qayıt        Baxış: 3 457          Tarix: 6-05-2021, 14:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma