Xəbər lenti


“Seçki zamanı həm iqtidar, həm də müxalifət tərəfindən istifadə ediləcək texnologiyalar insanları şüurlu şəkildə deyil, öz şəxsi maraqları naminə seçim etməyə məcbur edəcək.” 

“AzPolitika.info” xəbər verir ki, Ermənistanın “Hraparak” qəzeti yaxınlaşan seçki kampaniyası dövründə seçicilərə rüşvət paylanması ehtimalının az olduğunu, əvəzində isə daha təsirli texnologiyalardan istifadə olunacağını iddia edib.

“Bəzi hakim partiya nümayəndələrindən əldə etdiyimiz məlumatlara görə, yaxınlaşan seçkilərdə istifadə edilən texnoloji metodlardan biri belə olacaq: "Partiyalar namizədlərin seçki qərargahı adı altında qısamüddətli iş yerləri yaradacaqlar. Bununla da, vətəndaşlara seçkilərdən sonra işə düzəltməyi vəd edərək onların səslərini qazanmış olacaqlar. Bununla bağlı partiyalar hər bölgədə minlərlə belə qərargahlar açmaq niyyətindədirlər " .

Xatırladaq ki, Nikol Paşinyan 20 iyun tarixində erkən parlament seçkilərinin keçiriləcəyini elan edib. Ermənistan qanunvericiliyinə görə, Milli Məclisə erkən seçkilər parlamentin buraxılmasından 30 gündən tez və 45 gündən gec olmayaraq keçirilir.



Ana səhifəyə qayıt        Baxış: 3 293          Tarix: 6-05-2021, 16:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma