Xəbər lenti

 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İordaniya kralı II Abdullahla telefon danışığı olub.
 
Ovqat.com-un Türkiyə Prezident Administrasiyasının Rabitə Müdirliyinə istinadən verdiyi məlumata görə, danışıqda İsrailin Məscidül-Əqsaya və fələstinlilərə hücumları müzakirə edilib.
 
Bildirilir ki, görüşdə Prezident Ərdoğan İsrailin Qüds, Məscidi-Əqsa və fələstinlilərə etdiyi qeyri-insani hücumların əslində bütün müsəlmanlara ünvanlandığını kralın diqqətinə çatdırıb və bu zülmü dayandırmaq üçün Türkiyə ilə İordaniyanın birlikdə çalışmasının vacib olduğunu vurğulayıb.
 
Yeri gəlmişkən qeyd edək ki, Türkiyə prezidenti əslində İordaniya kralını utandırmaq istədiyi üçün bu hücumun bütün müsəlmanlara qarşı yönəldiyini deyib. Baxmayaraq ki, Şərqi Qüds həqiqətən də təkcə həmin bölgədə yaşayan insanların deyil, bütün müsəlmanların yarasıdır, amma bu yaranın İordaniyaya daha çox aidiyyəti var. Zira 1948-ci il İsrail-Ərəb müharibəsindən əvvəl bu bölgə İordaniya krallığına aid idi. Bu mənada Şərqi Qüdsü İordaniyanın “Qarabağı” da adlandıra bilərikDi gəl ki, az qala hər il təkrarlanan bu hücumlarda ən az səsini çıxaran da elə İordaniya olur. Görünür, Cənab Ərdoğan kral Abdullanın qürurunu incitməmək üçün bunu onun üzünə vurmayıb, sadəcə bir müsəlman kimi mövqe ortaya qoymasını istəyib. Türkiyə Prezident Administrasiyasının rəsmi məlumatında kralın ona verdiyi cavab öz əksini tapmayıb. Belə çıxır ki, İordaniya kralı Türkiyə prezidentinə diqqətə layiq hər hansı cavab belə, verməyib.


 
Məlumata görə, Prezident Ərdoğan daha sonra Küveyt əmiri Şeyx Nevvaf əl-Əhməd əl-Cabir əs-Sabah ilə telefon danışığı aparıb. Tərəflər bu danışıqda da İsrailin Məscidül-Əqsaya və fələstinlilərə hücumlarını müzakirə ediblər.
 
Görüşdə Prezident Ərdoğan İsrailin Qüds, Məscidi-Əqsa və Fələstinlilərə etdiyi “mənfur hücumları” dayandırmaq, beynəlxalq ictimaiyyətin bu hücumlara sərt reaksiya göstərməsi və Fələstinə dəstək verməsi üçün Türkiyə və Küveyt üçün birlikdə çalışmalarının vacib olduğunu bildirıb”, - rəsmi məlumatda belə deyilir. 
 
Məlumatda Küveyt əmirinin də fikirlərinə yer verilməyib.


Ana səhifəyə qayıt        Baxış: 6 025          Tarix: 11-05-2021, 10:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma