Xəbər lenti

 
Sədərək rayonunun Qaraağac kənd sakini İsfəndiyar Abbasov Ovqat.com-a göndərdiyi məktubunda yazır:
 
"Hörmətli Heydər Oğuz, salam.
 
Mən Sədərək rayonu Qaraağac kənd sakini İsfəndiyar Abbasovam. Sizdən xahim edirəm ki, mənim şikayətimi işıqlandırasınız. Çünki belə etməsək, şikayətlərimizə baxılmır.
 
Heydər müəllim, mənim də bir neçə hektar taxıl sahəm susuzluqdan yanaraq batıb. Müraciət etmədiyim yer qalmayıb. Amma hələ də heç bir yerdən cavab ala bilməmişəm.


 
Onu da qeyd edim ki, mən birinci qrup əliləm. Ayağımın biri yoxdur. Pensiya ilə dolanan adamam. Borc-xərc edib taxıl əkmişəm. Zəhmətim batsa, evim yıxıldı.
 
Taxıl sahəm tam yanandan sonra su vermələrinin də heç bir anlamı qalmayacaq. Bəs, mənim zərər görən təsərrüfatımın kompensasiyasını kim ödəyəcək? Niyə suyumuzu kəsərək, bizi zorla yurd-yuvalarımızdan didərgin salmaq istəyirlər?"
 
Ümidvarıq ki, Sədərək sakininin bu sualına qaneedici cavab verən tapılacaq.


Ana səhifəyə qayıt        Baxış: 6 004          Tarix: 29-05-2021, 17:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma