Xəbər lenti



İran hökuməti Ermənistanla sərhəddə olan Nurduz gömrük məntəqəsini genişləndirir. Bu barədə Şərqi Azərbaycan əyalətinin valisi Məhəmmədrza Purməhəmmədi məlumat verib. 

O, dünən əyalətin Xarici Ticarət Mərkəzinin iclasında qarşıdakı iki həftə ərzində beynəlxalq nəqliyyatın genişləndirilməsi məqsədilə hazırlanan Ermənistanla sərhəddə yerləşən Nurduz gömrük keçid məntəqəsinn genişləndirmə və inkişaf planının başa çatacağını bildirib.
O, bu qərarın İranın Yol və Şəhərsalma naziri Məhəmməd İslaminin Ermənistana səfərindən sonra Şərqi Azərbaycandan görüşü zamanı alındığını, işlərin sürətləndirilməsi üçün problemlərin aradan qaldırılması istiqamətində Yol və Şəhərsalma Nazirliyindən əhəmiyyətli məbləğdə vəsait ayrılmasına göstəriş verildiyini deyib.

Vali Nurduz və Culfa gömrük məntəqələrinin İranın Avrasiya məkanına çıxışında, ticarət dövriyyəsinin artımında böyük rol oydağınını qeyd edib.
Qeyd edək ki, İranın Yol və Şəhərsalma naziri Məhəmməd İslami Ermənistana səfərini başa vurduqdan sonra mayın 25-də Nurduz gömrük məntəqəsində görüş keçirib. 

Nazir İran, Şərqi Azərbaycan və Ermənistan arasında münasibətlərin və hər tərəfli əlaqələrin genişləndirilməsinin vacibliyindən danışıb.
Məhəmməd İslami Ermənistanın yol, nəqliyyat sahəsində əsaslı infrastruktur dəyişikliyi və yenidənqurma işlərinə başladığını, Ermənistan rəhbərliyinin bu işdə Şərqi Azərbaycan və İran şirkətlərinin iştirakını istədiklərini bildirib.

“Ermənistan İran üçün hər zaman əbədi və güvəniləsi tərəfdaş olub, müxtəlif şəraitlərdə İranla inamlı və özəl münasibətlər qurub. İran da Ermənistanla əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir”- "İSNA" informasiya agentliyinin verdiyi xəbərə görə, İranlı nazir Ermənistana səfərinin nəticələrindən danışarkən bildirib.

Nurduz gömrük məntəqəsi Culfanın 60 kilometr şərqində yerləşir. 

2004-cü ildə genişləndirilən gömrük məntəqəsində İran-Ermənistan arasında gəliş-gediş və mal dövriyyəsinin çoxaldılması üçün geniş imkanlar yaradılıb. 

8 hektar ərazidə 3 min kvm sahədə, iki mərtəbədən ibarət tikilidə Ermənistana gedən və gələnlər üçün iki böyük salon, 800 kvm sahəsi olan ticarət mərkəzi, 200 kvm-lik inzibati otaqlar və s. mövcuddur.

Gunaz.tv




Ana səhifəyə qayıt        Baxış: 3 672          Tarix: 30-05-2021, 15:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma