Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
“İranın mövcud siyasəti Azərbaycan düşmənçiliyi üzərində qurulub və xəyanətdən başqa bir şey deyil”.
Ovqat.com xəbər verir ki, bu fikirləri AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov İran üzərindən Ermənistana hərbi texnikanın daşınmasına münasibət bildirərkən deyib. O bildirib ki, İran rəsmiləri Nurduz gömrük-keçid məntəqəsindən Ermənistana keçirilən texnikanın ticarət məqsədli texnika olduğunu desə də Cənubi Azərbaycanda çəkilən videolardan aydın görünür ki, bu, ağ yalandır: “İstər sentyabrın əvvəlində Rusiyaya məxsus silahların, istərsə də indi hərbi texnikanın Ermənistana daşınmasında İran fəal rol oynayır. İran hər nə qədər də İslam həmrəyliyinin carçısı kimi görünsə də fəaliyyətində bunu hiss etmək mümkün deyil. Məscidlərimizi və dini ocaqlarımızı dağıdan, yaşlı, uşaq, qadın demədən insanımızı qətl edən Ermənistana dəstək vermək təkcə Azərbaycana qarşı xəyanət deyil, eləcə də bütün İslam dünyasına qarşı xəyanətdir. Hətta rəsmi İranın dediyi kimi həmin texnika ticarət məqsədli texnika olsa belə bu, indiki çətin vəziyyətdə əskər və mülki vətəndaşlarımızı qətlə yetirən Ermənistana dəstək verməkdən başqa bir şey deyil.
Bu xəyanətə cavabı isə İran xalqı, Cənubi Azərbaycandakı 30 milyondan artıq soydaşımız verməlidir və artıq bunun işartıları da görünməkdədir. Nurduz gömrük-keçid məntəqəsinə gedən yolları bağlayan və texnikanın daşınmasına imkan verməyən hər bir cənublu soydaşımıza var olun deyirəm. Onların şücaətinin nəticəsidir ki, texnikanın daşınması müvəqqəti də olsa dayandırılıb.
İranın Şərqi Azərbaycan vilayəti rəhbərinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əlyar Rastqu Rusiya hərbi texnikasının Şərqi Azərbaycan vilayəti ərazisində yerləşən Norduz sərhədindən Ermənistana ötürülməsi iddiasını qeyri-real adlandırsa da onu da bildirib ki, hər hansı anlaşılmazlığın və ya mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədilə, Rusiyaya məxsus yük maşınlarının Nodruz gömrüyündən Ermənistana hərəkəti dayandırılıb.
Bir daha təkrar edirəm ki, müvafiq qərarın qəbulunda cənubdakı soydaşlarımızın fəallığı və şücaəti böyük rol oynayıb, fürsətdən istifadə edərək bir daha onlara müraciət edir və bu məsələdə ayıq olmağa çağırıram”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar