Xəbər lenti
Bu gün, 17:22
Bu gün, 16:18
Bu gün, 15:27
Bu gün, 14:51
Bu gün, 14:00
Bu gün, 12:13
Bu gün, 10:39
Bu gün, 09:48
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
20-12-2024, 23:24
20-12-2024, 22:14
Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan seçkiqabağı təbliğat və təşviqat kampaniyası çərçivəsində bu gün Şirak vilayətinə səfər edib. Məlum olduğu kimi, Şirak 10 noyabr Bəyanatından sonra Qarabağa diversant kimi gəlib bir neçə təxribat törətdikdən sonra Azərbaycan xüsusi xidmət orqanları tərəfindən diri ələ keçirilən və hazırda Bakıda saxlanılan terrorçuların məmləkətidir.
Ovqat.com-un məlumatına görə, məhz bu səbəbdən də Paşinyanın həmin vilayətdəkı çıxışının əsas mövzusu “əsir”lələr bağlı olub.
"Bilirsiniz ki, dünən bizim əsgərlərdən biri azıb və Azərbaycan tərəfinə keçmişdi. Bu gecə həminəsgər geri qaytarılıb və mən bunu çox müsbət qiymətləndirirəm. Ümumiyyətlə, bu addım regionda və Ermənistan-Azərbaycan sərhədində gərginliyin azalması baxımından olduqca vacib hadisədir", - deyə o bildirib.
Paşinyan seçicilərə xatırladıb ki, dünən bütün “əsirlər”in geri qaytarılması şərti ilə oğlunun girov statusunda Bakıya verilməsi təklifi ilə çıxış edib və müvafiq orqanlara təklifin Azərbaycan tərəfinə rəsmən çatdırılmasını tapşırıb.
"Amma bunun yeganə istiqamət olduğunu düşünməyinizi istəyirəm. Bu, sadəcə əsirlərimizin “problemini” həll etmək üçün çarəsizlikdən doğan təklifdir. İstəyirəm hamı bilsin ki, bu müddət ərzində çox intensiv işlər görülür. Mən hətta indi bu işi və onun perspektivlərini qiymətləndirmək istəmirəm, çünki bu mövzuda bir təklifin, bir sözün işlədilməsi gözlənilməz və zəruri olmayan inkişaflara gətirib çıxara bilər", - deyə o bildirib. Görünür, Paşinyan bunu deyərkən, dünən qondarma “DQR”-nın “Fövqəladə hallar naziri” Boris Avakyan kimi rus “sülhməramlı” generalının erməni diversantları azad etmək üçün Bakıya təzyiq etdiyini açıqlamaq istəməyib.
Xatırladaq ki, ötən gün Paşinyanın oğlunu girov qoymaq təklifinə ən maraqlı cavab Ermənistanın sabiq prezidenti Serj Sarqsyandan gəlmişdi. Sarkisyan təklif etmişdi ki, Paşinyan Azərbaycana real təkliflər versin. Onun oğlunun qiyməti o qədər bahalı deyil. “Aşotu Azərbaycana təhvil verib əvəzində 20-25 əsiri geri qaytarmağı təklif etsə, bəlkə də rəsmi Bakı bununla razılaşar”. Paşinyan isə öz növbəsində Sarkisyana cavabən bildirmişdi ki, yox, oğlunu ancaq bütün əsirlərin müqabilində Azərbaycana verməyə hazırdır.
Görünür, rəsmi Bakı Paşinyanın boşboğazlığına haqlı olaraq əhəmiyyət vermədikcə, Ermənistanda Aşot üzərində siyasi polemikalar güclənir. Paşinyanın bu təklifi ona görə mənasızdır ki, Azərbaycan üçün hansısa erməninin başqa erməniyə üstünlüyü yoxdur. Bizim əsgərlərimiz sərhədlərimizə diversiya məqsədi ilə soxulan erməni terrorçularını ona görə yaxalamır ki, onlar kiminsə balalarıdır. Ona görə yaxalayırlar ki, həmin qüvvələr faktiki olaraq beynəlxalq qanunvericilik aktlarını pozub Azərbaycana təxribat törətməyə gəlirlər. Əgər Paşinyan da oğlunun mütləq Bakıya “əsir” düşməsini və kişilik məktəbindən keçməsini istəyirsə, kasıb-kusub ermənilərin əlinə silah verib bizim sərhədlərə göndərməsin, bu vəzifəni Aşota həvalə etsin. Bizim sərhədçilərimiz də onu yaxalayıb soydaşlarının yanına salsınlar. Beləcə, Paşinyan da məzlum cildinə girib erməni seçicilərinin səsini daha rahat qazana bilsin.
Yox, əgər belə bir niyyəti yoxdursa, boş yerə övladını da siyasi polemikaların mövzusuna çevirməsin. Bakıda terrorçu kimi hesab vermək Aşotun bacaracağı iş deyil.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar