Xəbər lenti


“Ermənistanla Azərbaycan arasında SSRİ dövründə mövcud olmuş sərhəd bərpa olunmalıdır”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bu gün keçirilən seçki təbliğatı ilə bağlı mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında Sovet İttifaqı dövründə mövcud olan sərhəd xətti tanınmalıdır.

“Məsələ Ermənistanın sovet sərhədlərini tanıyıb-tanımayacağı deyil. Beynəlxalq ictimaiyyət BMT-nin timsalında keçmiş SSRİ respublikalarının müstəqilliyini tanıyıb. Burada heç nəyi dəyişmək olmaz”- deyə eks-prezident bildirib.

Bununla Ter-Petrosyan faktiki olaraq, Qazaxın işğal alıtndakı 7 kəndinin və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılmasının lazım gəldiyini açıqlayıb.

Görünür, sərhədlərimizi pozan erməni əsgərlərin başına dəyən sillələr Ermənistanın siyasət adamlarını da ağıllandırmağa başlayıb...



Ana səhifəyə qayıt        Baxış: 3 995          Tarix: 10-06-2021, 17:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma