Xəbər lenti
Bu gün, 20:17
Bu gün, 19:12
Bu gün, 17:22
Bu gün, 16:18
Bu gün, 15:27
Bu gün, 14:51
Bu gün, 14:00
Bu gün, 12:13
Bu gün, 10:39
Bu gün, 09:48
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
Ermənistanda parlament seçkiləri qabağı siyasi vəziyyət daha da gərginləşir. İyunun 20-də növbədənkənar parlament seçkilərində mübarizənin əsasən Nikol Paşinyan və Robert Koçaryanın başçılıq etdiyi seçki blokları arasında gedəcəyi gözlənilir. Bu siyasi kampaniyada tərəflər Qarabağ amilindən də istifadə edirlər. Xocalı soyqırımının təşkilatçılarından biri olmuş Koçaryan seçkini udmaq üçün bütün üsullara əl atır. O, bunun üçün Ermənistana Azərbaycanın işğaldan təmizlənən bölgələrindən, Qarabağdan gələn ermənilərdən yararlanmağa səy göstərir.
Robert Koçaryan keçmiş yerlilərinin səsini almaq üçün bütün vasitələrdən istifadə edir. O, ermənilərə reallaşması mümkün olmayan vədlər verir. On il Ermənistana prezidentlik etmiş Koçaryan öz soydaşlarının səsini pulla almağa çalışır. Sünik və Qeqarkunik vilayətlərində seçicilərin səslərini almaq üçün sakinlərə pul və gündəlik tələbat malları paylayırlar. Məlum olduğu kimi, Koçaryan dəstəsi keçmiş məmurlardan ibarətdir. Onların malik olduqları varidatın böyük hissəsini qanunsuz yolla əldə etdikləri sirr deyil.
Hakimiyyətə qanunsuz yola yiyələnib onu əldə saxlamaqla bağlı Koçaryanın təcrübəsi də var. O, 1998-ci ildə Levon Ter-Petrosyanı ictimaiyyəti aldatmaqla istefaya göndərdi. 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində silahl hücum təşkil etməklə siyasi rəqiblərini fiziki olaraq sıradan çıxararaq 2008-ci ilədək hakimiyyətini möhkəmləndirdi. Həmin il yerlisi və Xocalıdakı törətdiyi cinayətin ortağı Serj Sarqsyanın prezidentliyini güc tətbiq etməklə təsdiqlətdirdi. Bununla da hakimiyyətdə olduğu müddət və ondan əvvəl törətdiyi cinayətləri ört-basdır etməyə nail oldu.
Yeri gəlmişkən, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb. Seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar. Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunmuşdu. Robert Koçaryan konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmaqda ittiham olunur.
İndi isə yeni bir oyun başlayır. Robert Koçaryan əvvəlki seçkilərdə hakimiyyətdə olduğundan niyyətini dövlət resurslarından istifadə etməklə reallaşdırırdı. İndi isə o, seçicilərin səsini qanunsuz yolla topladığı pulla almağa çalışır. Azərbaycan vətəndaşı olan ermənilər Ermənistan seçicisi kimi qeydiyyata alınır. Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidəki Azərbaycanın erməni vətəndaşları Gorusa aparılır. Orada onları Ermənistan seçicisi kimi qeydiyyata alırlar. Bu yolla Robert Koçaryana “qarabağlı” erməni seçici toplanır.
Bundan başqa, işğal dövründə Qarabağda yaşayan ermənilərin demək olar hamısı Ermənistan vətəndaşı pasportunu alıb. Bu da onlara seçkidə Koçaryanın tərəfindən iştirak etməyə şərait yaradacaq. Erməni siyasi texnoloq Karen Koçaryan deyib ki, seçicilərin pulla alınmasına Ermənistanın bütün bölgələrində rast gəlmək olar. Bu işdə hakimiyyətdə olduğu müddətdə qanunsuz yolla topladığı milyonlar Robert Koçaryanın əlini tutur. Əli öz xalqının qanına batması ilə yanaşı, Koçaryan Ermənistan iqtisadiyyatının xarici dövlətdən asılı vəziyyətə salınmasında başlıca rol oynayıb. Hakimiyyəti dövründə Ermənistanda yerləşən bir çox müəssisə Ermənistanın borcunu ödəmək məqsədilə Rusiyaya verilib. Bununla ölkənin Rusiyadan asılılığı daha da güclənib.
Ermənistanın talan olunmasında da Koçaryan müstəsna rol oynayıb. Bu ölkə KİV-lərinin yaydığı analitik yazılarda bildirilib ki, Robert Koçaryan və Serj Sarqsyan prezidentlikləri dövründə dövlətdən 20-30 milyard dollar oğurlayıblar. Qeyd olunub ki, təkcə bir bankda Serj Sarqsyanın qardaşı Aleksandr Sarqsyanın 30 milyon dolları aşkarlanıb. Robert Koçaryanın isə “Konqres”' mehmanxanasında 6 milyon dollar rüşvət alması faktı Ermənistan ictimaiyyətinə bəllidir. Bundan başqa, Rusiyadakı erməni oliqarxlar da Koçaryana maliyyə yardımı edirlər. Qeyd edək ki, o, 4,2 milyon dollar girov qarşılığında zaminə buraxılmışdı. Həmin məbləği Rusiyadakı erməni iş adamlarının verdiyi də sirr deyil.
Robert Koçaryan Yerevandakı məlum mart hadisələrində etiraz aksiyalarını yatırmaq üçün o vaxt işğal altında olan Qarabağda yaşayan silahlı ermənilərin pulla Ermənistana gətirilməsinə nail olmuşdu. Mart hadisələrində həmin silahlılardan dinc mitinqlərin yatırılmasında istifadə edilib. Bunu Ermənistan Milli Təhlükəsizlk Xidmətinin keçmiş direktoru Artur Vanesyan (indi Paşinyana müxalifdir, Vətən Partiyasının sədridir, Serj Sarqsyanla bir seçki blokunda çıxış edir) da bildirmişdi: “Robert Koçaryan televiziya vasitəsilə çıxış edəndə “mənim heç nəyim və günahım yoxdur” deyir. Ancaq biz ona onun nəyi olduğunu və onu necə əldə etdiyini göstərəcəyik”.
Beləliklə, Robert Koçaryan hakimiyyəti ələ keçirmək məqsədilə qanunsuz yolla əldə etdiyi pulları və Qarabağdan yaşayan erməniləri yenə dövriyyəyə buraxıb. Düzdür, indi o, 1999-cu ilin oktyabr hadisələrini təkrarlaya bilməz. Ancaq Azərbaycan ərazilərini işğaldan təmizləyərkən oradan qaçan ermənilər Ermənistana xeyli silah-sursat aparıb. Koçaryan həmin silahların səsinin Ermənistanda çıxmasını təşkil edə bilər. Odur ki, Xocalı qatili bir əlində qanunsuz pullar, birində də qanunsuz silahlar olan həmyerliləri ermənilərlə birlikdə parlament seçkilərinə gedir.
“Report” informasiya agentliyi
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar