Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın ofisi itkin düşən erməni əsgərlərinin sayını əks etdirən bir sənəd yayımlayıb.
Ovqat.com-un erməni mənbələrinə istinadən xəbər verir ki, sənəd 6 aprel tarixində Hərbi Sığorta Fondu tərəfindən Baş nazirin müavini Mher Qriqoryana və Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyana göndərilib.
Sənədə görə, itkin düşənlərin sayı, Baş nazir Nikol Paşinyanın 14 aprel Milli Məclisdə çıxış edərkən iddia etdiyi kimi 321 deyil, demək olar ki, üç dəfə çoxdur.
Sənəddə itkin düşənlərin sayının 1064 olduğu bildirilir. Üstəlik itkinlərin ailələrinə 500 milyon dram (təxminən 970 min dollar) məbləğində təzminat da verilib.
Bundan əvvəl üçüncü prezident Serj Sarkisyan Kotaykdakı bir təşviqat kampaniyası zamanı sənədin telefonunda olduğunu və ictimaiyyətə açıqlanacağını söyləmişdi. Məlumatda Baş nazirin itkin düşənlərin dəqiq sayını cəmiyyətdən gizlədərək fərqli bir rəqəm söylədiyini qeyd olunur.
“Heç olmasa çıxsınlar və adam kimi itkinlərin dəqiq sayını təyin etmək mümkün olmadığını söyləsinlər. Fonda belə rəqəmlər var”, - S. Sarkisyan belə deyib.
14 aprelə qədər Qarabağdakı müharibə zamanı təsdiqlənən ölənlərin sayı 3621 nəfər idi.
Sarkisyanın fikrincə, hazırda Azərbaycan əsirliyində olanların sayı barədə də dəqiq məlumat yoxdur.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar