Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:17
Dünən, 16:49
Dünən, 15:30
Dünən, 14:18
Dünən, 13:53
Dünən, 11:19
Dünən, 10:14
Dünən, 09:24
28-11-2024, 22:53
28-11-2024, 21:42
28-11-2024, 20:38
28-11-2024, 18:24
28-11-2024, 17:12
28-11-2024, 16:24
28-11-2024, 16:00
Bu gün Ermənistanda parlament seçkiləri keçirilir.
“Report”un məlumatına görə, sayca 8-ci olan seçkidə səsvermə yerli vaxtla saat 8:00-da başlayıb, saat 20:00-da başa çatacaq.Ermənistanda bir şəxsə seçici subyektlərinin sayına uyğun bülleten verilir. Hazırkı seçkilərdə 25 siyasi qüvvə - 4 blok və 21 partiya iştirak edir.
Seçki məntəqəsinə gələn vətəndaşa hər birinin ayrı nömrəsi olan 25 bülleten və seçicinin seçilmiş bülleteni qoyacağı zərf veriləcək. Qalan 24 bülleten səsvermə kabinetində olan karton qutuya atılacaq.
Ölkə üzrə mövcud olan 2008 seçki məntəqəsindən 479-u paytaxt Yerevanda, 1 529-u isə ölkənin müxtəlif bölgələrində yerləşir.
Ölkədə 2 583 milyon vətəndaşın seçkilərdə səsvermə hüququ var. Diplomatik nümayəndəliklərin işçiləri və onların ailə üzvləri (650 nəfər) isə elektron səs verəcək.
Seçki qanunvericiliyi ilə partiyalar üçün keçid həddi 5%, bloklar üçün 7% müəyyən edilib. Seçkilər ilk dəfə olaraq proporsional sistemlə keçiriləcək.
Növbəti gün MSK ilkin, yeddi gün ərzində isə yekun nəticəni açıqlamalıdır. Parlamentdəki mandat bölgüsündən sonra konstitusiyaya görə, qüvvələrdən heç biri səslərin 54 faizini qazanmazsa, seçki məcəlləsinə görə bütün partiyaların koalisiya hökuməti qurması üçün altı gün vaxt veriləcək.
Əgər koalisiya qurulmasa, seçki günündən 28 gün sonra ilk turda ən çox səs qazanan iki siyasi qüvvənin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.
Xatırladaq ki, əsas rəqiblər baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla, Ermənistanın ikinci prezidenti, “Ermənistan” blokunun lideri Robert Koçaryan hesab olunur.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar