Xəbər lenti
Bu gün, 20:17
Bu gün, 19:12
Bu gün, 17:22
Bu gün, 16:18
Bu gün, 15:27
Bu gün, 14:51
Bu gün, 14:00
Bu gün, 12:13
Bu gün, 10:39
Bu gün, 09:48
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
Ermənistanın Lori vilayətinin qubernatoru, hakim "Vətəndaş Müqaviləsi" partiyasının üzvü Aram Xaçatryan deyib ki, dəstəklədikləri siyasi qüvvələr 20 iyun seçkisində məğlub olmuş yerli icra başçıları istefaya getməlidirlər.
"AzPolitika.info" erməni mediasına istinadən xəbər verir ki, qubernator bu icra nümayəndələrinə həmin icmalarda etimadın olmadığını deyib və onların dəstəklədikləri siyasi qüvvələrin məğlubiyyəti onların da məğlubiyyəti hesab olunur: “Bu mənim subyektiv fikrimdir ki, bu adamlar istefaya getməli və yenidən seçkidə iştirak etməlidirlər. O zaman məlum olar ki, onlara etimad var, ya yox. Bu yeganə sivil yoldur. Mən əminəm ki, onların bir çoxu yenidən seçiləcəyinə inanmır”.
Xatırladaq ki, seçki zamanı bir sıra yerli icra başçıları növbədənkənar parlament seçkisində baş nazir əvəzi Nikol Paşinyana müxalif olan qüvvələri dəstəkləyiblər.
Belə qüvvələrdən biri də keçmiş prezident Robert Koçaryanın "Hayastan" seçki bloku olub. Bəziləri isə daha bir keçmiş prezident – Serj Sarkisyanın adı ilə bağlı olan “Şərəfim var” blokuna səs veriblər.
Məsələn, Güləgərək icmasının başçısı Mğer Gevorqyan seçkiqabağı dövrdə öz siyasi mövqeyini gizlətməyərək, açıq şəkildə "Hayastan" blokunu dəstəkləmişdi.Lakin onun başçı olduğu ərazidə Koçaryanın blokuna 6700 seçicidən yalnız 710-u səs verib. Bu bölgədə hakim "Vətəndaş Müqaviləsi" partiyasına üç dəfə çox səs verildiyi bildirilir.
Lakin bu kəndə 19 ildir ki, başçılıq edən Gevorqyan istefa vermək fikrində olmadığını deyib: “Mən niyə istefaya getməliyəm? Məni adamlar seçiblər. Ümumi iclas mənə nə vaxt “çıx get” desə, onda gedərəm. Mən hətta gələn seçkidə namizədliyimi verəcəyəm”.
Lakin Lori vilayətinin qubernatoru Aram Xaçatryan iddia edir ki, tezliklə insanlar hər bir bölgədə onlara verilmiş “polad mandatı” hiss edəcəklər.
Qubernator ad çəkmədən deyib ki, seçkiqabağı dövrdə vətəndaşlara Nikol Paşinyanın mitinqlərində iştirakı qadağan edənlər, təzyiq göstərənlər və qorxudanlar olub. Xaçatryan əmindir ki, belə hərəkətlər cəzasız qalmayacaq:
“Sizi əmin edirəm ki, çox yaxın bir vaxtda bunlar praktikada həyata keçəcək. Biz o vaxt deyirdik: “Bizə "polad mandat" verin”. Adamlar "polad mandat"-ın gücünü özlərində hiss eləməlidirlər. Bu bir hədə deyil. Hər bir kəs öz əməllərinə görə məsuliyyət daşımalıdır”.
Erməni mediası yazır ki, ötən həftə Odzun kəndinin başçısı və "Hayastan" blokunun tərəfdarı Arsen Titanyan qubernator Xaçatryanın ondan istefa tələb etməsi ilə bağlı polisə şikayət edib. Titanyan iddia edirdi ki, Xaçatryan onu qubernatorluğa çağıtdırıb, istefasını tələb edib və onu elə dəhlizdəcə əzişdirib.
Titanyan bundan sonra da istefa verməkdən imtina edib. Hazırda hadisə üzrə cinayət işi qaldırılıb, Ermənistan Xüsusi İstintaq Xidməti Odzun icma başçısını zərəçəkən qismində tanıyıb. Amma bu iş üzrə müttəhim yoxdur. Lori qubernatoru iddia edir ki, rəqib siyasi qüvvəni təmsil edən şəxs ona şər atır.

Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar