Xəbər lenti

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan özünün köməkçisi Qagik İsaxanyanı Qarabağa göndərir.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bu qanunsuz səfər 4 gün çəkəcək və “işgüzar” məqsəd daşıyacaq.

Rəsmi Bakının razılığı olmadan belə qanunsuz səfərləri həyata keçirməklə həm də üçtərəfli 10 noyabr və 11 yanvar razılaşmalarını pozan Ermənistan bununla da növbəti dəfə təxribata əl atmış olur.

İsaxanyanın Xankəndiyə səfər edəcəyi haqda məlumat Ermənistan hökumətinin saytında da yerləşdirilib.

 Bildirilir ki, “artsax respublikası”na ediləcək “işgüzar səfər” 12-15 iyul tarixlərində gerçəkləşdiriləcək. Xankəndidən qayıtdıqdan sonra isə köməkçisi Paşinyana nəticələr haqda hesabat təqdim etməlidir.
Maraqlıdır, N.Paşinyan köməkçisinin Xankəndiyə gedəcəyi barədə Azərbaycan hakimiyyətini məlumatlandırıbmı, yaxud bununla bağlı rəsmi Bakıdan icazə alınıbmı?

 Digər sual: Ermənistan vətəndaşının qanunsuz səfərinə Laçın dəhlizindəki Rusiya sülhməramlıları hansı əsasla “yaşıl işıq” yandırıb, onlar şlaqbaumdan içəri buraxacaqlar?
Bəlkə elə həmsədr ölkələrin Şuşa səfərindən imtinasıdır Ermənistan hakimiyyətinə stimul verən...



Ana səhifəyə qayıt        Baxış: 4 587          Tarix: 12-07-2021, 15:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma