Xəbər lenti
Bu gün, 12:53
Bu gün, 11:49
Bu gün, 10:30
Bu gün, 00:05
Dünən, 22:45
Dünən, 21:28
Dünən, 20:43
Dünən, 19:34
Dünən, 18:33
Dünən, 18:00
Dünən, 16:33
Dünən, 14:10
Dünən, 13:42
8-10-2024, 22:00
8-10-2024, 20:43
“Fransa və Ermənistan diplomatları 9 noyabr 2020-ci il tarixdə Dağlıq Qarabağda atəşkəs haqqında üçtərəfli bəyanatın legitimsizləşdirilməsi üçün İrəvan, Paris və BMT-nin mənzil-qərargahının yerləşdiyi Nyu-Yorkda intensiv görüşlər keçirirlər”.
Ovqat.com xəbər verir ki, Rusiyanın “Moskovskiy Komsomolets” qəzeti belə yazır.
Nəşr “Fransa Ermənistanı Zaqafqaziyada şəxsi forpostuna çevirməyə çalışır” sərlövhəli məqaləsində xatırladır ki, bu sənəd Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanıb və faktiki olaraq, regionda müharibəni dayandırıb.
“Ancaq bu sənədi bağlayan üç tərəfin, yəqin ki, bu gün başqa maraqları ortaya çıxıb.
Diplomatik dairələrə yaxın mənbənin məlumatına görə, Fransa prezidenti Emanuel Makron və Nikol Paşinyan BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı vəziyyətə dair əvvəlki qətnaməsinə yenidən baxılmasını təklif edən yeni planın qəbul edilməsi imkanını nəzərdən keçirirlər. Düzünü desək, əgər məlumat təsdiqlənərsə, gələcəkdə bu cür addım bütün dünya siyasəti üçün ciddi nəticələrə səbəb ola bilər.
Yəqin ki, Paris BMT Təhlükəsizlik Şurasının yeni qətnaməsini qəbul etməklə yeni status-kvo yaratmaq istəyir. Daha sonra bu layihəyə əsasən, Fransanın yalnız Cənubi Qafqaza qoşun yeritmək və onların Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməklə razılaşmayacağı, həm də Qarabağa daxil olma imkanının nəzərdən keçiriləcəyi istisna edilmir. Bundan sonra nələrin baş verə biləcəyini proqnozlaşdırmaq isə çətin deyil. Məsələn, Aİ-nin digər dövlətləri bölgədə Napoleon əsgərlərinin yeni nəslinin izləmək istəməzlərmi?
Yeri gəlmişkən, Ermənistana müdaxilə ideyasını ilk dəfə məhz Nikol Paşinyan səsləndirib və o, 17 iyul 2021-ci il tarixində Mişellə görüşdə bu fikri bir daha təkrarlayaraq möhkəmləndirib. Qeyd etmək lazımdır ki, Şarl Mişel Avropa İttifaqındakı vəzifəsini Makrona borclu olduğu üçün faktiki Fransa prezidentinə himayədarlıq edir. Onu da nəzərdən qaçırmaq olmaz ki, Mişel – Emmanuel Makron – Nikol Paşinyan özünəməxsus "populistlər alyansı"nı təmsil edirlər. Bununla da Fransanın Ermənistanı Zaqafqaziya regionunda öz şəxsi geosiyasi forpostuna çevirmək istədiyi istisna olunmur.
Fransanın ambisiyaları başa düşülə bilər. Görünən odur ki, Qarabağ müharibəsinin ötən ilin noyabr ayındakı nəticələri, üçtərəfli razılaşmanın əsasən, Vladimir Putinin səyləri sayəsində ərsəyə gəlməsi Emmanuel Makronun iddialarına cavab vermir. İndi baş verənlər də onun bölgəyə qayıtmaq və orada möhkəmlənmək cəhdləridir.
Aydındır ki, Rusiya diplomatiyası mürgüləməməlidir. Rusiya BMT TŞ-nin daimi üzvü kimi, istənilən qətnaməyə veto qoymaq hüququna malikdir. Axı Qarabağdan sonra növbə Krıma gələ bilər.
Təbii ki, bu böyük oyunda erməni baş naziri yalnız böyük siyasətin məğrur piyadası ola bilər. Və biz bilirik, oyunun sonunda belə piyadalar necə əsas fiqura çevrilirlər”.
Ovqat.com-un şərhi
Xatırladaq ki, bu fikirlər “Moskovskiy Komsomolets” qəzetinin iddialarıdır.
Makronun planlarına gəlincə isə, o, həqiqətən 44 günlük savaş zamanı da belə bir xəyallara qapılmış, hətta məsələni BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmışdı. Təhlükəsizlik Şurasının digər üzvü Böyük Britaniya onun ağzından elə bir “veto sapalağı” vurmuşdu ki, binəva Nyu-yorkdan Parisə suyu süzülə-süzülə qayıtmışdı. Makron bir də belə bir xəyala düşsə, yenə eyni cavabı almağa məhkumdur. Çünki Qarabağ məsələsi təkcə Azərbaycanın ərazi bütövlüyü problemi deyil. Bu, həm də beynəlxalq problemlərin həllində yeni yanaşmanın yaranması üçün mənfi nümunə təşkil edə bilər və qonşularının ərazilərini nəzarət altına alaraq öz dünya hegemoniyasını sürdürməyə çalışan Rusiyanın işinə yarayar. Dünyanın heç bir güclü ölkəsi isə qlobal geosiyasi düzəni pozacaq belə modellərin yaranmasının tərəfdarı deyil. Təsadüfi deyil ki, NATO-nun son liderlər sammitindən əvvəl ABŞ və Böyük Britaniya rəhbərlərinin imzaladığı “Yeni Atlantik Xartiyası”nda da ölkələrin ərazi bütövlüyü qarşıya 1 nömrəli öncəlik kimi qoyulmuşdu.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar