Xəbər lenti


Nikol Paşinyanın komandasında gərginlik artır.

Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb.

Məlumata görə, keçmiş spiker Ararat Mirzoyan Mülki Müqavilə Partiyasının sıralarını tərk etmək istəyir. Bununla belə partiyada hələ də ona israrla xarici işlər naziri postu vəzifəsinin təklif edildiyi bildirilib.

Mirzoyanla bərabər partiyanın daha bir əsas fiquru - Akop Simidyanın da ayrılmaq istədiyi vurğulanıb. Paşinyan administrasiyasının üç illik hakimiyyəti dönəmində partiya daxilində jandarm rolunu oynayan Simidyan sayəsində yeni baş nazirin komandasının dağılmadığı qeyd edilib. Buna görə də görə Paşinyanın Simidyanı yeni formalaşan Daxili İşlər Nazirliyinə nazir müavini gətirmək istədiyi iddia edilib.

Qəzet keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın da harada fəaliyyətini davam etdirəcəyini yazıb. Onun üçün əvvəlcə Təhlükəsizlik Şurasının katibi vəzifəsi nəzərdə tutulsa da, sonradan planlar dəyişilib və eks-nazirin Rusiyaya səfir göndərilməsi qərarı qəbul edilib.



Ana səhifəyə qayıt        Baxış: 3 443          Tarix: 22-07-2021, 13:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma