Xəbər lenti

 
Məlum olduğu kimi, artıq 3 gündür, Türkiyənin onlarla vilayətində meşə yanğınları davam edir. Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun yadına isə yalnız dünən qardaşa yardım etmək zərurəti düşüb.
 
Ovqat.com
-un məlumatına görə, Ceyhun Bayramov dünən Twitter səhifəsində Azərbaycanın Türkiyəyə hər cür yardım etməyə hazır olduğunu bildirib. Bu da azmış kimi, gecikmiş Twitter bəyanatının altına bir də Türkiyəli həmkarı Mövlud Çavuşoğlunu etiketləyib:
 
“Qardaş #Türkiyə/də meşə yanğınlarının davam etməsi, #Antalya/da 3 nəfərin həyatını itirməsi bizi çox sarsıtdı. Yanğın nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik. Bu çətin günlərdə qardaş Türkiyənin yanındayıq, hər cür dəstək göstərməyə hazırıq. 
@MevlutCavusoglu”.

 
Nazirin bu qardaşlıq jestinə cavablar özünü çox gözlətməyib. İstər Azərbaycandan, istərsə də Türkiyədən olan Twitter istifadəçiləri nazirə sözdə yox, əməldə yardım etməyin vacibliyini xatırladıblar. Görünür, bu iradı nəzərə alan Azərbaycan hökuməti bu səhər Türkiyəyə yardım göndəriləcəyini rəsmən açıqlayıb:
 
"Meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək”.

Xarici İşlər nazirinin bəyanatına İbrahim Baykara adlı Türkiyə vətəndaşı belə təpki göstərib:

"Çok geç artık Türkiye de 50 tane şehirde yangın var hiçbir Türk ülkesi yada komşu birşey yapmyor sadce geçmş olsun dilekleri dilyor kardeşiz demeyle olmuyo bu işler icraat lagzım nasıl biz Türkiye olarak karabagda bir olup savaşa girdiysk azerbaycanda kötü günümzde bir olabilrdi"

Bir başqa Türk vətəndaşı yazıb:
 
Sadece bu kadar mı? Allah razı olsun. BUNU DÜŞMAN DEDİĞİMİZ ÜLKE DE YAPTI”
 
Ceyhun Bayramovun paylaşımına reaksiyalardan bəzilərini təqdim edirik:





Ana səhifəyə qayıt        Baxış: 6 213          Tarix: 30-07-2021, 12:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma