Xəbər lenti

 
İranın yeni prezidenti İbrahim Rəisi bu gün mandatını alaraq fəaliyyətə başlayıb.
 
Ovqat.com xəbər verir ki, Tehranın İmam Xomeyni Hüseyniyyəsində keçirilən mərasimində İran dini lideri Xamenei ilə yanaşı, 7 -ci Prezident Həsən Ruhani, Parlamentin sədri Məhəmməd Bəkir Kalibaf, məhkəmə sistemlərinin başçısı Qulamhüseyin Muhsin Ejei və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.
 
Mərasimdə daxili işlər naziri Abdurreza Rəhmani Fəzli 13-cü prezident seçkiləri ilə bağlı hesabatı təqdim etdikdən sonra, dini lider Xamneyi, Rəisinin prezidentliyini təsdiqləyib və ona mandat verib.
 
Xamneyinin Baş Qərargah rəisi Məhəmməd Gülpayeqani, ali dini liderin İbrahim Rəisinin prezidentliyini təsdiq edən qərarının mətnini oxuyub. Qərarda bildirilir:
 
"Xalqın cənab Seyid İbrahim Rəisiyə verdiyi səsləri təsdiqləyirəm və onu İran İslam Respublikası Prezidenti təyin edirəm."
 
Bu qərarla Rəisi 4 il müddətinə Prezident vəzifəsinə təyin olunub.
 
13 nəhs rəqəm kimi bilinsə də, ümid edirik ki, Rəsinin prezidentliyi İrana düşərli olar.



Ana səhifəyə qayıt        Baxış: 4 758          Tarix: 3-08-2021, 12:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma