Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Bu ilin avqustunda Xəzərin Türkmənistan sahillərində keçirilməsi nəzərdə tutulan Azərbaycan, Türkiyə və Türkmənistan liderlərinin sammiti Ankaranın xahişi ilə qardaş ölkənin bir sıra regionlarında baş verən yanğınlar səbəbindən təxirə salınıb.
Ovqat.com xəbər verir ki, bu məsələ Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığında müzakirə edilib.
Türkiyə lideri türkmən həmkarına bildirib ki, ölkəsinin bir sıra bölgələrində baş vermiş yanğınlar səbəbindən dövlət başçılarının üçtərəfli görüşündə iştirak edə bilməyəcək. Odur ki, Ərdoğan görüşün daha sonrakı müddətə təxirə salınması məsələsinə baxmağı xahiş edib. Prezident Qurbanqulu Berdiməhəmmədov da Türkiyə prezidentinin xahişinə anlayışla yanaşıb və ona dəstəyini ifadə edib.
Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin üçtərəfli sammiti 2015-ci ildən indiyədək müxtəlif səbəblər üzündən təxirə salınır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar