Xəbər lenti

Ermənistanın Gümrü şəhərində partlayış olub.

Axar.az xəbər verir ki, bu barədə Şirak əyalətinin prokurorluğu məlumat yayıb.

Məlumata görə, hadisə şəhərdəki həyətlərdən birində baş verb. Nəticədə 2 nəfər həlak olub.

Əyalətin prokuroru Qurgen Qriqoryan bildirib ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib. Onun sözlərinə görə, həlak olanlar gənc cütlükdür. “İlkin məlumata görə, ölən kişi hərbçidir. Hazırda istintaq tədbrləri həyata keçirilir”, - prokurorluq bildirib.

Faktla bağlı cinayət işi qaldırılıb.



Ana səhifəyə qayıt        Baxış: 3 277          Tarix: 7-08-2021, 20:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma