Xəbər lenti


"Çox sevinclə qeyd etmək istərdim ki, biz burada 743 nəfər şəxsi heyətimizlə və ölkəmizi təmsil edən mətbuat nümayəndələrimizlə birlikdə bütün Türkiyə ictimaiyyəti, icra orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, dövlət rəsmiləri, deputatlar tərəfindən olduqca xoş, isti münasibətlə qarşılanmışıq".

"Report"un Türkiyə bürosu xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Türkiyənin Muğla şəhərində yerli jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini burada həm Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) rəhbərliyi və əməkdaşları, həm də Azərbaycan mediasının nümayəndələri tərəfindən yeni bir qardaşlıq salnaməsinin yazıldığını bildirib: "Hər kəs bilməlidir ki, biz qardaş ölkədəki meşə yanğınları bitənə qədər buradayıq və yüksək peşəkarlıqla öz xidməti vəzifəmizi yerinə yetirməyə hazırıq".

Nazir müavininin sözlərinə görə, FHN-in əməkdaşları tərəfindən meşə yanğınlarının söndürülməsi istiqamətində görülən ciddi fəaliyyət sadə vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir: "Buradakı sadə vətəndaşlar, rayon və kənd əhalisi bizə təşəkkür edir. Biz isə bu fəaliyyətin vəzifə borcumuz olduğunu bəyan etmək istəyirik. Sonuna qədər qardaşlarımızın yanındayıq".



Ana səhifəyə qayıt        Baxış: 3 164          Tarix: 9-08-2021, 22:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma