Xəbər lenti

 
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan respublikada yerləşən 102-ci Rusiya hərbi bazasının gücləndirilməsi ilə bağlı hökumətdə müzakirələr aparıldığını bəyan edib
 
Ovqat.com xəbər verir ki, Qriqoryanın Ermənistan İctimai Televiziyaya müsahibəsində bildirdiyinə görə, bazanın döyüş qabiliyyətinin artması Ermənistan hökumətinin proqramında əksini tapıb.
 
Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, Rusiya bazası Ermənistanın təhlükəsizlik sisteminin tərkib hissələrindən biridir və onun fəaliyyəti ilə bağlı məsələlər Moskva ilə mütəmadi müzakirə olunur.
 
Onun sözlərinə görə, bu istiqamətdə ümumi razılaşma var və məsələ hökumət proqramına da salınıb.
 
Qriqoryanın dediyinə inansaq, hökumət proqramında Rusiya sərhədçilərinin Ermənistandakı varlığının genişləndirilməsi ilə bağlı konkret maddə var və bu maddə Moskva ilə birgə müzakirələrin, razılaşmaların nəticəsində sənədə əlavə olunub.
 
102 -ci Rusiya hərbi bazası 1995 -ci il dövlətlərarası müqaviləyə əsasən Ermənistanın Şirak bölgəsinin Gümrü şəhərində yerləşdirilib. 2010 -cu ildə müqaviləyə edilən dəyişikliklərdə bazanın Ermənistanda qalma müddəti 25 ildən 49 ilə, yəni 2044 -cü ilə qədər uzadılıb.


Ana səhifəyə qayıt        Baxış: 5 386          Tarix: 21-08-2021, 08:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma