Xəbər lenti

 
ABŞ Dövlət Departamenti Ermənistanı və Azərbaycanı atəşkəsə dair öhdəliklərinə əməl etməyə və gərginliyi azaltmaq üçün dərhal addımlar atmağa çağırıb.
 
Ovqat.com-un məlumatına görə, Dövlət Departamenti Ermənistanın "Armenpress" nəşrinin sorğusuna verdiyi cavabda bunu bildirib.
 
Vaşinqtonun fikrincə, Ermənistan-Azərbaycan sərhədində davam edən gərginliklərin və həll edilməmiş problemlərin hərtərəfli həlli yalnız iki ölkə arasındakı münasibətləri normallaşdıra və bölgə xalqlarının sülh şəraitində birgə yaşamasını təmin edə bilər. Bunun reallması isə ATƏT-in Minsk Qrupunub himayəsi altında mümkündür.
 
"Birləşmiş Ştatlar münaqişənin uzunmüddətli siyasi həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında ən qısa müddətdə əsaslı danışıqlara qayıtmağa çağırır", - açıqlamada vurğulanır.
 
Qeyd edək ki, Azərbaycan Prezidenti 44 günlük savaşdan sonra verdiyi açıqlamalarda ATƏT-in Minsk Qrupunu indiyədək öz missiyasını yerinə yetirmədiyini və bundan sonra onun vasitəçiliyinə ehtiyac qalmadığını vurğulamışdı. İndisə Minsk Qrupunun hər 3 üzvü tərəfləri yenidən   danışıqları bərpa etməyə çağırmaqla faktiki erməni separatizminin yanında yer aldıqlarını nümayiş etdirirlər. Azərbaycan rəhbərliyinin suverenliyimizə kölgə salan bu çağırışlara necə cavab verəcəyi maraq doğurur.
 


Ana səhifəyə qayıt        Baxış: 4 927          Tarix: 21-08-2021, 16:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma