Xəbər lenti
Dünən, 17:12
Dünən, 16:00
Dünən, 14:26
Dünən, 11:22
Dünən, 11:00
27-11-2024, 23:37
27-11-2024, 21:44
27-11-2024, 19:25
27-11-2024, 18:39
27-11-2024, 17:44
27-11-2024, 16:30
27-11-2024, 15:49
"«Krım platforması» qanunsuz olaraq işğal edilmiş Krımın azad olunmasında təsirli bir vasitəyə çevriləcək”.
Ovqat.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan dünən ukraynalı həmkarı Vladimir Zelenskiylə telefon söhbətində bu ümidini dilə gətirib.
Ukrayna Prezidentinin rəsmi saytının bildirdiyinə görə, telefon danışığı təşəbbüsü Türkiyə liderindən gəlib.
Ərdoğan öz həmkarını Ukraynanın müstəqilliyinin ildönümü münasibətilə təbrik etdikdən sonra Kiyevin təşəbbüsü ilə keçirilən «Krım platforması» barədə də öz ürək sözlərini tərəf-müqabilinə çatdırıb.
Ərdoğan qeyd edib ki, «Krım platforması» ideyası ortaya çıxdığı ilk gündən etibarən Türkiyə bu təşəbbüsə öz dəstəyini verib, bundan sonra da onu dəstəkləyəcək. Ərdoğan platformanın təsis zirvəsində Türkiyənin Xarici İşlər naziri səviyyəsində təmsil olunacağını vurğulayaraq deyib ki, Ukraynanın beynəlxalq aləmdə tanınan sərhədlər daxilində suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsi, həmçinin Krımın qanunsuz ilhaqının tanınmaması ilə bağlı Ankaranın mövqeyi dəyişilməz olaraq qalır və bütün beynəlxalq platformalarda fəal şəkildə səsləndirilib.
Qeyd edək ki, «Krım platforması» Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən planlaşdırılan bir forumudur, "Krım məsələsinin beynəlxalq gündəmə qaytarılması və yarımada üzərindəki nəzarətin Kiyevə geri verilməsinin asanlaşdırılması üzrə beynəlxalq koordinasiya mexanizmi" olaraq yaradılıb.
«Krım platforması» bu gün Ukraynanın paytaxtı Kiyevdə ilk işinə başlayıb. Təsis görüşündə ümumilikdə 44 dövlət və bir sıra beynəlxalq təşkilatların təmsil olunacağı gözlənilir. Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın sözlərinə inansaq, onlardan 14-ü prezident və hökumət başçısı olacaq. Türkiyə də daxil olmaqla digər dövlətlərin bu platformaya xarici işlər nazirləri səviyyəsində qatılacağı bildirilir.
Maraqlıdır ki, rəsmi Bakı öz xarici siyasət strategiyasını uzlaşdırdığı Türkiyənin qatıldığı bu platformada iştirakdan imtina edib. Bu da Kiyevdə xəyal qırıqlığı yaradıb. Ukrayna rəsmi dairələrinin ötən həftə BBC-yə verdiyi məlumata görə, Azərbaycan imtina barədə qərarını əvvəlcədən rəsmi Kiyevə çatdırıb. BBC-yə anonim danışan Ukrayna diplomatları rəsmi Kiyevin bundan "məyus olduğunu” açıq şəkildə bildiriblər. Onların fikrincə, Azərbaycan Rusiyanın təzyiqi ilə bu qərarı verib. Rusiyanın ölkəmizə əsas təsir mexanizminin isə Dağlıq Qarabağ məsələsi və bölgədəki Rusiya “sülhməramlı”ların olduğu təxmin edilir.
Son zamalar Rusiyanın Ermənistanı açıq-aşkar dəstəkləməsi və hərbi ittifaq yaratmaq təşəbbüsləri də “Krım platforması” ilə əlaqədar ola bilər. Moskva, sanki, əvvəl KTMT Baş katibi Stanislav Zası İrəvana göndərərək, sonra Ermənistan Müdafiə nazirini Moskvaya çağırıb rus həmkarı Sergey Şoyqu ilə görüşdürərək rəsmi Bakıya “Kiyevin yanında yer alsan, mən də sənin düşməninlə hərbi müttəfiqliyi gücləndirərəm” mesajı verirdi. Bakı da öz milli maraqlarını üstün tutaraq “Krım platforması”nda iştirakdan vaz keçib.
Əslində Türkiyənin platformaya prezident səviyyəsində qatılmamasının səbəbi də Rusiya ilə Cənubi Qafqazda münasibətləri daha da gərginləşdirməmək istəyi ilə izah oluna bilər. Təxminlərə görə, Türkiyə sabah Cənubi Qafqazda regional müttəfiqinə çevrilə biləcək bugünkü rəqibinin “tünd sirkə öz qabını çatladar” həqiqətini dərk etməsi üçün zamana oynayır. Amma Krım platformasından yayınmasına baxmayaraq, Ərdoğanın Ukraynalı həmkarına zəng edərək Kiyevin Krım davasını dəstəklədiyini bildirməsi də Ankaranın regional iddialarından asanlıqla güzəştə getməyəcəyinə açıq mesajdır.
Ehtimal olunur ki, Moskva Azərbaycan və Türkiyənin bu xoşməramını düzgün qiymətləndirməsə, hər iki strateji müttəfiq “Krım platforması”ndakı iştirak səviyyəsini artıra bilər. Belə ki, "«Krım platforması» tərəfindən qəbul ediləcəyi gözlənilən bəyannamənin digər dövlətlərin də imzalamaları üçün açıq tutulacağı" Ukraynanın Xarici İşlər naziri Kuleba tərəfindən etiraf olunmuşdu. Məntiqlə, Ukrayna ilə bənzər taleyi bölüşən və ortaq təhdidlərlə üzləşən rəsmi Bakının Kiyevlə eyni cizgidə görünməməsi və onunla regional əməkdaşlıq qurmaması üçün hələ ki, heç bir səbəb gözə dəymir. Rusiya Azərbaycanın suveren hüquqlarına hörmət göstərməlidir ki, ondan da “eyni diqqəti” umsun. Əks halda, yəqin ki, rəsmi Bakı Kiyevin açıq tutduğu bəyannaməyə imza ataraq Krım platformasına qoşula bilər.
Türkiyənin qismən aşağı səviyyədə qatıldığı, Azərbaycanın isə ümumiyyətlə iştirak etmədiyi Krım platformasına Avropa İttifaqının diqqəti böyükdür. Aİ Şurasının prezidenti Çarlz Mişel tədbirdə iştirak etmək üçün bu gün Kiyevə gəlib. O, Ukrayna mətbuatına verdiyi açıqlamada Avropa İttifaqının Krımın və Sevastopolun Rusiya tərəfindən qanunsuz ilhaqını tanımadığını və bu siyasəti davam etdirəcəyini bildirib.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar