Xəbər lenti

 
Qarabağdakı rus “sülhməramlı” kontingentinin komandiri Rüstəm Muradov öz missiyasını başa vurub.
 
Ovqat.com xəbər verir ki, rus general bu münasibətlə Ermənistan Müdafiə nazirinin qəbulunda olub və onunla vidalaşıb.
 
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin  bildirdiyinə görə, görüş zamanı Arşak Karapetyan Rüstəm Muradova Qarabağda sülhün qorunması səylərinə görə minnətdarlığını bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
 
Qeyd olunur ki, görüş zamanı tərəflər Qarabağda “sülhməramlı” missiyanın gedişatını, həmçinin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.
 
Rüstəm Muradov 2020-ci ilin noyabrında Dağlıq Qarabağdakı rus sülhməramlılarının komandiri təyin edilib.
 
 Muradovu Rusiya ordusunun Cənub Hərbi Dairəsinin komandir müavini general-leytenant Aleksey Avdeev əvəz edəcək.
 
Azərbaycan ərazisində xidmət göstərməsinə baxmayaraq, Muradovun Ermənistan Müdafiə naziri qarşısında hesabat verməsi onun son addımında belə, ölkəmizin ərazi bütövlüyünə hörmətsizliyi kimi tarixə yazıldı.


Ana səhifəyə qayıt        Baxış: 6 352          Tarix: 6-09-2021, 21:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma