Xəbər lenti

 
Xatırlayırsınızsa, 44 günlük müharibədən sonra məlum oldu ki, Ermənistan öz Hərbi Hava Qüvvələrindən düz-əməlli istifadə edə bilməyib. Erməni hərbi dairələri bunun səbəbini Rusiyanın onlara təyyarə satıb, mərmi satmaması ilə əsaslandırmışdılar. İndisə bəlli olur ki, sən demə, ermənilərin ordusunun daha mühüm problemi də var imiş. Söhbət futbol oyundakı “avtoqol”lara bənzər səhvlərdən gedir.
 
"Müharibə zamanı Ermənistanın Hava Hücumundan Müdafiə sistemləri özünün 4 təyyarəsini və 1 vertolyotunu məhv edib".
 
Ovqat.com xəbər verir ki, Rusiyanın Strateji Təhlil və Texnoloji Mərkəzi bu barədə məlumat yayıb.
 
Mərkəzin araşdırmasına görə, erməni HHM sistemlərinin “zərərsizləşdirdiyi” təyyarələrin 4-ü də “Su” markalı qırıcılar olub. Vurulan bir vertolyot isə “Mi-8” imiş. 
 
Azərbaycanın uğuru həm də erməni tərəfinin belə nizamsızlığı ilə əlaqədar idi”, - məqalədə bildirilir. 
 
Azərbaycana qələbə qazandıran PUA-lara gəlincə, araşdırmanın müəllifləri bu fikrlə razılaşmırlar. Onların iddiasına görə, 44 günlük müharibədə Azərbaycanın qələbəsinin təmin edilməsində PUA-nın həlledici rolu ilə bağlı iddialar sadəcə bir mifdir.
 
Strateji və Texnoloji Təhlil Mərkəzinin qənaətinə görə, sözügedən savaşın bu cür nəticələnməsində “PUA-ların quru sistemləri və zirehli maşınlarla müqayisədə bənzərsiz rolu” olduğuna dair qiymətləndirmələrə inanmamaq lazımdır. Sənəddə qeyd olunur ki, Ermənistan tərəfi gizlənmə və öz mövqelərini müəyyənləşdirmə ehtiyacını nəzərə almadığından, onun HHM sistemlərinin köhnəlməsi və qeyri-mütəşəkkil istifadəsi səbəbindən Azərbaycanın PUA-dan uğurla faydalanmasına şərait yaranıb.
 
Araşdırmaya görə, Azərbaycan taktiki hücum əməliyyatını uğurla həyata keçirə bilib: “Əməliyyatlarda artilleriya və digər zirehli maşınlarının, raket sistemlərinin və arxa cəbhədə istifadə olunan quru qüvvələrinin iştirakı təmin edilib. Naviqasiya sistemlərindən də həmçinin fəal istifadə olunub”.
 
Sözsüz ki, erməni tədqiqatlarının PUA barədə irəli sürdüyü fikirlər qərəzlidir. Dünyanın bütün hərbi dairələri 44 günlük savaşın qələbə ilə nəticələnməsində Azərbaycanın bu üstünlüyünü xüsusilə qeyd edirlər. Görünür, “pişiyin əli ətə çatmayanda “bəcidir” deyib dala çəkildiyi” kimi, erməni tədqiqatçıları də özlərində olmayan texnologiyanı xor görməklə öz insanlarını zəiflik kompleksindən qurtarmağa çalışırlar. Buna baxmayaraq, araşdırma və təhlil mərkəzinin ortaya çıxardığı bir sıra faktları obyektiv qiymətləndirmək olar. Xüsusilə 4 təyyarə və 1 vertolyotlarının öz HHM sistemləri tərəfindən vurulması diqqətəşayan məlumatdır. Bu fakt bir daha təsdiqləyir ki, Rusiyanın geridə qalmış texnologiyaları dost-düşmən ayrımı edə bilmir, bəzən öz qapısına belə, “avtoqollar” da atır.




Ana səhifəyə qayıt        Baxış: 6 272          Tarix: 8-09-2021, 22:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma