Xəbər lenti
Bu gün, 20:17
Bu gün, 19:12
Bu gün, 17:22
Bu gün, 16:18
Bu gün, 15:27
Bu gün, 14:51
Bu gün, 14:00
Bu gün, 12:13
Bu gün, 10:39
Bu gün, 09:48
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
Bizi “şir quyruğu” ilə təhdid edən Ağayi-Amili həzrətlərinin idarə etdiyi Ərdəbildə milli fəalların lideri Abbas Lisani 10 ildir həbsxanadadır. İran məhkəməsi ona daha 15 il həbs cəzası kəsib. Bu hesabla, Abbas Lisani həbsdən çıxana qədər yaşaya bilsə, yaşı 80-i keçəcək.
Soruşa bilərsiniz: Abbas Lisaninin günahı nədir ki, “şir quyruğu” ilə öyünən ölkənin zindanında ömür çürüdür?
Çox sadə bir günahı var: 10 il bundan Azərbaycan türkçəsində təhsil almaq tələb edib və bu səbəbdən də həbsə atılıb.
Milli fəal Əlirza Fərşçi ilə Abbas Lisani
Ovqat.com-un məlumatına görə, Abbas Lisani zindanda ölüm orucuna başlayıb.
Tələbi azadlığa çıxmaq da deyil. O, Tehranda ana dilində təhsil tələb edən milli fəal Əlirza Fərşçinin SEPAH tərəfindən vəhşicəsinə döyülməsinə etiraz əlaməti olaraq bu addımı atıb.
Milli fəal Əlirza Fərşçi də SEPAH tərəfindən döyüldüyünə etiraz edərək ölüm orucu tutur.
Xatırladaq ki, İran Konstitusiyasının 15-ci maddəsinə əsasən, bu ölkədə hər bir vətəndaşın öz ana dilində təhsil almaq hüququ var. Başqa sözlə, hər iki fəal konstitusion hüquqlarını tələb etdiklərinə görə ya işgəncəyə, ya da həbsə məruz qalıblar.
Övladlarını rus məktəbinə qoyan valideynlər, gözünüzə su verib ana dilində təhsil hüquq və fürsətinizin qədrini bilin.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar