Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Prezident İlham Əliyevin Anadolu Agentliyinə verdiyi müsahibəsinə İran XİN-dən rəsmi cavab gəlib.
Ovqat.com-un məlumatına görə, İran XİN-in sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərdən təəccübləndiklərini bildirib.
Onun sözlərinə görə, Bakı ilə Tehran arasında bütün diplomatik kanallar açıq olduğu halda, Prezident İlham Əliyevin niyə məhz Anadolu Agentliyi vasitəsilə onlara mesaj göndərdiklərini anlaya bilməyiblər.
“İki ölkə arasında yaxşı və qarşılıqlı hörmətə söykənən əlaqələr var və hər iki tərəf arasında adi ünsiyyət kanalları da ən yüksək səviyyədədir. Bununla belə bizə ünvanlanan mesajı bu şəkildə ifadə etmək təəccüblüdür, -deyən Xətibzadə vurğulayıb ki, İlham Əliyevin müsahibədə dilə gətirdiyi fikirlər bu yaxınlarda Nyu-Yorkda da müzakirə masasına yatırılıb:
“Üstəlik, bu və digər əlaqəli məsələlər barədə Nyu-Yorkda BMT Baş Assambleyasının son iclası çərçivəsində iki Xarici İşlər nazirinin görüşü zamanı ciddi və ətraflı məsləhətləşmələr aparılmış və bu danışıqların uyğun bir kontekstdə davam etdirilməsi razılaşdırılmışdı. İran İslam Respublikası hər zaman torpaqların hər hansı bir şəkildə işğalına qarşı olduğunu bəyan etmiş, ölkələrin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət edilməsinin vacibliyini vurğulamışdır. Həmçinin, yaxşı qonşuluq və qonşuya hörmət bütün tərəflərin nəzərdən keçirəcəyi gözlənilən ən vacib məsələlərdən biridir”.
Sözçü çıxışında SEPAH-ın Arazın cənub sahlində hərbi təlimlər keçirməsinin səbəbinə də aydınlıq gətirib. Qeyd edək ki, bu məsələ də Prezident İlham Əliyevin Anadolu Agentliyində İrana tutduğu əsas iradlardan biri idi. Prezident qeyd etmişdi ki, İran Qarabağ və ətrafının 30 illik işğalı boyunca 1 dəfə də olsun Araz qırağında hərbi təlim keçirməyib. Azərbaycan həmin bölgələri işğaldan azad edən kimi, niyə həyəcana qapılıb hərbi təlimlərə start verib?
Xətibzadə sanki bu sualı cavablandıraraq bildirib ki, İranın şimal-qərb sərhəd bölgələrində həyata keçirdiyi manevr, bir idarəçilik məsələsidir, regionda sülhün və sabitliyin bərqərar olmasına xidmət edir.
İran diplomatı hərbi təlimləri İsrailin qorxusundan keçirdiyini də danmayıb və açıq şəkildə Azərbaycanı təhdid edib: “Əlbəttə, aydındır ki, İran İslam Respublikası sionist rejimin öz sərhədləri yaxınlığında şou göstərməsinə dözməyəcək və bununla əlaqədar olaraq milli təhlükəsizliyi üçün zəruri hesab etdiyi hər hansı bir addımı atacaq”.
Maraqlıdır ki, Azərbaycanın son zamanlar keçirdiyi hərbi təlimlərdə Türkiyə və Pakistan iştirak edirdi. Bəs, İran tez-tez adını çəkdiyi İsraili hardan çıxarır, anlamaq mümkün deyil və bu anlaşılmaz durum bir daha sübut edir ki, Tehran öz ermənipərəst siyasətinə bəraət qazandırmaq üçün bəhanə axtarır.
O ki qaldı İran XİN-nin anlamadığı digər məsələyə - Azərbaycan liderinin birbaşa Tehranla əlaqəyə keçməyib, təpkisini media orqanları tərəfindən ictimailəşdirməsinə, İlham Əliyev elə həmin müsahibəsində buna kifayət qədər aydınlıq gətirib. Ölkə başçısı deyib ki, dəfələrlə bu məsələni İran rəsmilərinin diqqətinə çatdırıb, amma Tehran müxtəlif bəhanələrlə Qarabağa yük göndərmək əməlindən əl çəkməyib. Ardınca, rəsmi Bakı İran səfirini çağırıb ona nota verib. Bu da işə yaramayıb. Sonunda, Azərbaycan Ordusu Gorus-Qafan yolunu bağlamaq məcburiyyətində qalıb. Məhz bu addımdan sonra İran Araz qırağında hərbi təlimlər keçirirək Azərbaycana xox gəlməyə, Ərdəbil imam-cüməsi vasitəsilə “şir quyruğu” göstərməyə başlayıb. Görünür, Azərbaycan prezidentinin də”şir quyruqlu” təhdidləri Türkiyənin media qurumuna verdiyi müsahibə ilə cavablandırmaqdan başqa yolu qalmayıb.
Başqa sözlə, diplomatik kanalların formal olaraq açıq tutulması hələ onun normal qaydada işləməsinə dəlalət etmir.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar