Xəbər lenti

Ermənistanın yeni təyin olunmuş maliyyə naziri Tiqran Xaçatryan qalmaqallı vəziyyətlə gündəmə gəlib.

Belə ki, yeni nazirin maliyyə sahəsindən bixəbər olması barədə Ermənistan mətbuatında məlumatlar dərc olunub.

T.Xaçatryan tezliklə 2022-ci ilin dövlət büdcəsi ilə bağlı parlamentdə çıxış etməli və yeni layihəni təqdim etməlidir.

Sadəcə özünə sadiq kadrları ətrafında cəmləşdirən Nikol Paşinyan üçün nazirin fəaliyyət göstərdiyi sahə ilə bağlı qeyri-peşəkar olması önəm daşımayıb. Odur ki, hazırda bixəbər olduğu sahədə özü də Ermənistan parlamentinin yeni tərkibi qarşısında çıxış T.Xaçatryanı təşvişə salıb.

Yeni nazirin işlərini hələ də müavini Vaqe Ovanisyan yerinə yetirir. Hazırda müavinləri onu “çətin sınağa” hazırlayır. Xaçatryana heç olmasa parlamentdə qısa çıxış edəcək qədər məlumatlar öyrədilir.

Nəzərə alsaq ki, mətbuatda dərc olunan məlumatlar Ermənistan müxalifəti tərəfindən də dərindən təhlil olunur o zaman büdcə müzakirələrinin gərgin keçəcəyini ehtimal etmək olar. Parlamentin yeni tərkibinin hər iclası demək olar ki, qalmaqalla müşahidə olunub. Hətta bir çox hallarda qızğın müzakirələr davaya çevrilib. Hazırda isə müxalifətin “savadsız nazir” amilindən geniş istifadə edəcəyi istisna olunmur.

Görünür, öz mənafeyi naminə mövqelərini gücləndirmək üçün savadsız kadrlarını hökumətə daxil edən Nikol Paşinyanı ölkənin içində olduğu acınacaqlı vəziyyət heç də narahat etmir. Ölkədə hökm sürən iqtisadi tənəzzülün isə T.Xaçatryan kimi “peşəkar” kadrların dövründə aradan qalxmayacağı dəqiqdir.

Oxu.az



Ana səhifəyə qayıt        Baxış: 3 362          Tarix: 1-10-2021, 15:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma