Xəbər lenti
Bu gün, 12:13
Bu gün, 10:39
Bu gün, 09:48
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
20-12-2024, 23:24
20-12-2024, 22:14
20-12-2024, 21:42
20-12-2024, 21:36
20-12-2024, 20:54
20-12-2024, 19:56
20-12-2024, 19:32
Prezident İlham Əliyevin MDB liderlər sammitində İranın Ermənistanla əlbir olub işğal altındakı ərazilərmizdən narkotrafik kimi istidafə etməsi barədə səsləndirdiyi fikirlərə növbəti reaksiya gəlib.
Ovqat.com-un məlumatına görə, bu dəfə sinəsini qabağa verib Azərbaycan prezidentini yalanlamağa çalışan İran İslam Cümhuriyyətinin Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Şamxani olub.
Şamşani öz Twitter səhifəsində məlum ittihama cavab verərək yazıb:
“Qonşuluq prinsiplərinə məhəl qoymamaq, yalan və qeyri-konstruktiv bəyanatlar vermək xoş niyyət və tədbirlilik əlaməti deyil. Beynəlxalq aləmin narkomaniya ilə mübarizədə qəhrəman kimi tanıdığı bir ölkəyə qarşı ittihamın, iddiaçının sözlərini etibarsız etməkdən başqa heç bir işə yaramır. Şeytanın bahalı tələlərindən çəkinin”.
Maraqlıdır ki, Ağayi Şəmxani bizi şeytanın bahalı tələlərindən qorunmağa dəvət etdiyi sıralarda ona ən tutarlı cavab Hindistandan gəlib. İranın ən yaxın müttəfiqi sayılan Hindistan bu ölkədən gələn yük daşımalarına “STOP” qoyub. Səbəbini isə yüklərin arasında narkotik maddələrin aşkarlaması ilə əsaslandırıb. İranın sosial şəbəkə istifadəçiləri Hindistandan gələn bu xəbəri belə şərh ediblər:
❇️ “Şübhəsiz ki, Hindistan da yalan danışır.
❇️Hər kəs yalan danışır, səndən başqa?!”
Biz də öz növbəmizdə İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibinə xatırlatmaq istərdik ki, müasir dünyamızda “şeytanın ən bahalı tələsi” narkotik maddələr hesab olunur. Bu bahalı tələnin dünyaya yayılmasında ən mühüm rolu isə adının yanına İslam respublikası yarlığı yapışdıran İran oynayır. Hər halda bunu təkcə biz yox, həm də İranın ən yaxın müttəfiqi Hindistan da söyləyir. O Hindistan ki, İran onun gözünə girmək üçün Kəşmir məsələsində müsəlman İslamabadın yox, Dehlinin tərəfini tutur.
Yeri gəlmişkən, Hindistanın belə, İranla yük daşımaları dayandırması, cənub qonşumuzun ətrafındakı blokada çənbərini daraldır. Bu gedişlə, bircə deyəsən, İranın üzünə bizim qapılar açıq qalacaq. İran isə bizə gah “şir quyruğu” göstərərək, gah ərazilərimizi özünün “qırmızı cizgisi” elan edərək, gah haqlı iradımızı “şeytanın bahalı tələsi” adlandıraraq, gah da dini liderinin diliylə açıq şəkildə “şilləmizi yeyəcəksiniz” mesajı göndərərək, son qapısını da bağlatmaq niyyətindədir.
Artıq Azərbaycan bu istiqamətdə ilk addımları atıb da. Dünən Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında daha 23 ölkə ilə hava nəqliyyatımız bərpa olundu. İran bu dəfə də həmin siyahıya salınmamışdı. Yəqin ki, ölkəmizə qarşı ritorik hücumlarını və narkotik maddələrin gizli şəkildə sərhəddən keçirilməsi prosesini dayandırmasa, quru yollarımız da kəsiləsi olacaq. Zənnimizcə, Prezidentin dünənki çıxışında məlum fikirləri səsləndirməsi də təsadüfi deyildi, İrandan başlayan narkotrafikin qarşısını almaq tədbirləri çərçivəsində yükdaşımalarına “STOP” qoyula biləcəyinə işarə idi. Eynilə Hindistanın etdiyi kimi.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar