Xəbər lenti

"Azərbaycan ordusunun Sünik (Zəngəzur-red.) və Qeqarkunikdə (Göyçə mahalı-red.) Ermənistan ərazisinin dərinliklərinə doğru irəliləməsində kimin günahkar olduğu barədə sualıma Sərhəd Qoşunlarının və Baş Qərargahın nümayəndələrindən cavab ala bilmədim".

"AzPolitika.info" "Sputnik Armenia" portalına istinadən xəbər verir ki, bu sözləri parlamentin qapalı iclasından sonra jurnalistlərə “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.
"Noyabrın 9-da imzalanmış üçtərəfli bəyanata görə, tərəflər qaldıqları yerdə dayanmalı idilər. Silahlı qüvvələrimizin və ya Sərhəd Qoşunlarımızın Sünik və Geqarkunik bölgələrindəkı mövqelərinin təchiz edilməməsi üçün heç bir səbəb yox idi", - deyə Ohanyan bildirib.

Onun sözlərinə görə, erməni tərəfi ən azı strateji nöqtələrdə - yollarda və yüksəkliklərdə, heç olmasa Sovet demarkasiya xətti boyunca mövqe tutmalı idi. Ohanyan əlavə edib ki, sərhədyanı kəndlərin könüllü dəstələri də silahlı qüvvələrə yardım göstərə bilərdi. Amma əksinə, onlara öz mövqelərini tərk etmək əmri verilib.

"Müzakirənin nəticələrinə əsasən deyə bilərəm ki, Silahlı Qüvvələr və Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları arasında taktiki və strateji qarşılıqlı fəaliyyətin səviyyəsini artırmaq lazımdır", - Ohanyan vurğulayıb.



Ana səhifəyə qayıt        Baxış: 3 175          Tarix: 26-10-2021, 18:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma