Xəbər lenti

“İnsan özünə qəsd etmək hüququna sahibdir. Qanunda yazılıb ki, insanın özünə qəsd etmək hüququ var. Əgər bir insan özünü öldürməyə qərar verirsə, o, bunu edə bilər. Lakin, əlbəttə ki, dövlət buna görə məsuliyyəti öz üzərinə götürməyəcək”.

“Novosti Qruziya” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili keçmiş prezident Mixail Saakaşvilinin aclıq aksiyasını şərh edərkən deyib.
O bir daha bildirib ki, Saakaşvilinin vaxtından əvvəl azadlığa buraxılması və onun Ukraynaya ekstradisiya edilməsi müzakirə mövzusu deyil. Baş nazir qeyd edib ki, bu, hakimiyyətin ölkə qanunlarına hörmət etməməsi mənasına gələrdi.

Bu arada Saakaşvili vətəndaşları sabah Gürcüstanda keçiriləcək seçkilərin ikinci turunda fəal olmağa çağırıb: “Sabah ikinci turdur və bu, Gürcüstan demokratiyası, bizim gələcəyimiz və mənim həyatım üçün çox vacibdir. Bilməyinizi istəyirəm ki, mənim həyatımın davamı tamamilə sizin sabahkı qərarınızla və Gürcüstanın qələbəsilə bağlıdır. Bu gün mənim aclıq aksiyam davam edir, amma hər birinizə ümidim var, yəni sabah qalib olmağa ümid edirəm.

 Xahiş edirəm günün sonunda və sabah səhər seçkiyə getməyə hazırlaşmayan bütün qohumlara zəng edib onları seçkiyə çağırın. Hər bir insanın iştirakı son dərəcə vacibdir. Həmçinin, səsləri qorumaq üçün sabah axşam yenidən seçki məntəqələrində toplaşmağınızı xahiş edirəm.

İvanişvili nəhayət bizi sındırmaq və bizi tabe etmək istəyir, indi Gürcüstanın taleyi və mənim taleyim sizin əlinizdədir. Mən cəmiyyətin zəfər və qələbə əldə etməsinə, yaraların sağalması və müxtəlif baxışları olan insanların ümumi birləşərək irəliləyişi və uğuruna çox inanıram. Allah bizim qoruyucumuz olsun”.


Ana səhifəyə qayıt        Baxış: 3 173          Tarix: 29-10-2021, 18:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma