Xəbər lenti
Bu gün, 17:22
Bu gün, 16:18
Bu gün, 15:27
Bu gün, 14:51
Bu gün, 14:00
Bu gün, 12:13
Bu gün, 10:39
Bu gün, 09:48
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
20-12-2024, 23:24
20-12-2024, 22:14
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin saxlanıldığı Rustavidəki 12 saylı həbsxanaya xüsusi təyinatlılarla dolu avtobus və təcili tibbi yardım briqadası səfərbər olunub.
“Report”un yerli bürosu xəbər verir ki, ilkin məlumatlara əsasən, siyasətçinin cəzaçəkmə müəssisəsindən türmə xəstəxanasına köçürülməsinə hazırlıq görülür, lakin bu məlumat rəsmi olaraq təsdiqlənmir.
Digər məlumatlara əsasən, həbsxana ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi bu gün keçirilən yerli seçkilərin II mərhələsi ilə bağlıdır.
Ötən gün Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib ki, M.Saakaşvilinin hazırda klinikaya yerləşdirilməsinə ehtiyac yoxdur, zərurət yaranacağı təqdirdə o, xəstəxanaya helikopter vasitəsilə çatdırıla bilər.
Ölkənin Dövlət Təhlükəsizlik Xidməti ötən gün dövlət çevrilişinə hazırlığın planlaşdırıldığı barədə məlumat yayıb. Bildirilib ki, üçüncü prezidentin tərəfdarları onun türmə xəstəxanası, yaxud digər həbsxanaya köçürülməsinə mane olmağa və bununla ölkədə xaos, qeyri-sabitlik yaratmağa hazırlaşıblar.
Qeyd edək ki, M.Saakaşvili sentyabrın 29-da Gürcüstana gizli yolla qayıdıb. O, oktyabrın 1-də Tbilisidə saxlanılıb. Siyasətçi artıq 30-cu gündür aclıq aksiyası keçirir və tibbi yardımdan imtina edir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar