Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Noyabrın 1-dən etibarən Ukraynaya Rusiya və Belarusdan elektrik enerjisinin idxalı da dayandırılacaq.
Ovqat.com xəbər verir ki, Ukrayna Ali Radasının Energetika və Mənzil-Kommunal Təsərrüfat Komitəsinin rəhbəri Andrey Gerus bunu bildirib.
Deputatın özünün Telegram səhifəsində yazıb ki, "İnter RAO" oktyabrın 20-də elektrik enerjisinin satışı üzrə tender elan edib, lakin bir gün sonra müvafiq tenderin ləğv edilməsi qərara alınıb. Tenderin hansı səbəbdən dayandırılmasına aydınlıq gətirməyən Gerus sadəcə Rusiya və Belarusdan elektrik enerji alınmasına son qoyulduğunu vurğulayıb.
Qeyd edək ki, Gerus dünənki paylaşımında da Ukraynada enerji böhranının dərinləşəcəyinə dair narahatlığı artıran paylaşımı ilə yadda qalmışdı. Deputatın bildirdiyinə görə, Rusiya noyabrın 1-dən Ukraynaya A (antrasit) və T (arsız) markalı termik kömür tədarükünü dayandırıb. Bu markalı kömürdən elektrik enerjisinin alınması üçün istifadə edilir.
Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti Ukraynaya termal kömür ixracını dayandırmasını öz daxili tələbatı ilə əsaslandırıb. Nazirliyin məlumata görə, Rusiya termal kömürə daxili tələbatın təmin edilməsinə "xüsusi diqqət yetirir", ona görə də Ukraynaya bu kömürün tədarükünü dayandırmaq qərarına gəlib.
Rusiya Ukrayna arasında qaz tədarükünə dair müqavilənin başa çatmasına hələ 2 qalsa da, Kiyevdə Moskvanın qışın oğlan çağında müxtəlif bəhanələrlə qaz nəqlini də kəsəcəyinə dair şübhələr var. Ölkəyə elektrik enerjisi ilə bağlı məhdudiyyətlərin gətirilməsi bu şübhələri haqlı çıxarır.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar